Modern.az

ABŞ-ın bu ştatında edam üsulu dəyişdirildi

ABŞ-ın bu ştatında edam üsulu dəyişdirildi

8 Mart 2018, 13:18

ABŞ-ın Karolina ştatında ölüm hökmü ilə cəzalandırılan şəxslər artıq sadəcə elektrikli stulda edam ediləcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, indiyə kimi haqlarında ölüm hökmü olan məhkumlara zəhərli iynə və ya elektrikli stul arasında seçim etmək şansı verilirdi. Ancaq senatın qəbul etdiyi qanunla bu imkan onlara verilməyəcək. Belə ki, elektrikli stulda infaz məcburi elan olunub.

Elektrikli stul ilə edamın məcburi olmsı təklifi 26 səs çoxluğu ilə qəbul edilib.

 

Qeyd edək ki, Cənubi Karolina ştatı ölüm hökmünün elektrikli stulla həyata keçirilməsinə  icazə verən 9 ştatdan biridir. Hazırda 35 məhkum edam ediləcəyi günü gözlməyə məcburdur. Onların hamısı zəhərli iynə vasitəsilə ölməyi üstün tutmuşdu.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü