19 iyun 2018, Çərşənbə
Ana Səhifə - QARABAĞ - 26 iyunda hərbi parad keçirilə bilər
26 iyunda hərbi parad keçirilə bilər
12.03.2018, 16:22

Qarşıdan Azərbaycan üçün çox önəmli olan tarixi hadisələrin ildönümləri gəlir. Bunlardan mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin, iyunun 26-da isə ordumuzun yaranmasının 100 illiyini xüsusi qeyd etmək olar.

Hər iki mühüm ildönümü ərəfəsində Azərbaycanın hərbi parad keçirə biləcəyi yönündə fikirlər meydana çıxıb.  Belə bir paradın təşkil olunacağı ehtimalı da yüksək dəyərləndirilir. Arqument kimi isə ordumuzun yaranmasının 90 və 95 illərində hərbi paradın keçirildiyi göstərilir.


Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi ilə bağlı hərbi parad keçirilə bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, Azərbaycanın dövlət quruculuğunun və müstəqilliyinin 100 illiyi əlamətdar hadisədir:

“Bu, bir tərəfdən Şərq aləmində bir millətin iradəsinin ən yüksək zirvəsinin qeyd olunmasıdır. Digər tərəfdən isə hazırki dünya reallığında müxtəlif təhlükəli proseslərin getdiyini görməkdəyik. Bu da ondan ibarətdir ki, xalqlar, mədəniyyətlər, sivilizasiyalar toqquşdurulur. Burada bir millətin həyat mübarizəsi, ayaq üstə qalması, milli məfkurəsi ön plana çıxır. Avropa məkanında nə qədər sabitliyi görsək də, yerdə qalan qitələrə sanki dövlətləri dağıtmaq prosesini ixrac edirlər. Belə olan təqdirdə bizim milli amallar ətrafında birləşməyimiz xüsusi önəm daşıyır. Hər kəsə bəllidir ki, Azərbaycan 100 il əvvəl dövlətini quranda da, indi də ordu bütün başqa güclərdən önə çıxıb. Yəni hanısısa bir dövlətin başqa sahələrdə nailiyyətləri, fəlsəfəsi çox ola bilər. Amma əlində silah tuta bilən əsgəri, peşəkar zabitləri formalaşa bilmirsə, bir millət özünü qorumağa qadir ola bilmir”.

 

Deputat qeyd edib ki, müxtəlif illər ərzində, xüsusilə də sovet dövründə Azərbaycan insanlarını kütləvi olaraq müxtəlif inşaat batalyonlarına göndərməklə onların peşəkarlıq keyfiyyətlərinin formalaşmasına zərbə vurublar.

“Bu, mərkəzdən yönləndirilən bir siyasət olub. Bunun nəticəsində də biz 1990-cı illərin Qarabağ savaşında  qəfil bir müharibə ilə yaxalandıq və nizami ordu birləşmələrinin formalaşması qeyri-mümkün oldu. Əksinə, əlinə silah götürənlər bir-biriləri ilə münasibətlərini aydınlaşdırmağa çalışdılar. Bizdə yaranan xiyabanlar, orada uyuyan şəhidlərimizin bir hissəsi real döyüş əməliyyatlarından peşəkarlıqla keçə bilmədilər. Pərakəndə dəstələr içərisində onlar qurban getdilər. Biz hələ məsələnin siyasi tərəfini demirik ki, o zaman hakimiyyətlər əllərində olan ordu qüvvələrindən necə istifadə etdilər. Çox təəssüflər olsun ki, bu, mənfi miras kimi qalıb. Amma artıq Azərbaycan Ordusu formalaşıb. Və biz deyirik ki, Cümhuriyyət dövründə qurullmuş silahlı qüvvələrin varisidir. İndi isə artıq prezident İlham Əliyev bütün siyasi həyatında silahlı qüvvələrə istinad edir, onlara güvənir, beynəlxalq aləmdə ölkəmizin gücünü artırmaq üçün maksimum dərəcədə yararlanmağa çalışır”.

 

Zahid Oruc hesab edir ki, Azərbaycanda dövlət müstəqilliyinin qeyd olunması tədbirləri sırasında 28 May daha əlamətdar tədbirlərlə yadda qalacaqsa, 26 İyunda isə hərbi paradın keçirilməsi yerində olardı.

“Deyirdilər ki, qeyri-demokratik dövlətlərdə belə tədbirləri keçirirlər. Artıq ABŞ prezidenti Donal Tramp tərəfindən də bəyanatlar verilib ki, onlar da bu istiqamətdə addımlar atacaqlar. Gücün nümayişi baxımından bu çox əhəmiyyətlidir. Ona görə də ölkəmizin, iqtisadi, ictimai, siyasi həyatında ən son birləşdiyi nöqtə hərbi qüvvələrdir. Keçirilən parad cəmiyyətə yaxşı mesaj verir, nikbinlik yaradır, güvənc doğurur. Qarşı cinah isə bunu təhlükə kimi qarşılayır. Onu da qeyd edim ki, Azərbaycanda keçirilən ötən hərbi paraddan da müəyyən bir dövr keçib. Biz 26 İyunda Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyini qeyd edəcəyik. Ona görə də mən parlament üzvü kimi bu təşəbbüslə çıxış edirəm ki, bu tarixdə hərbi paradın keçirilməsi, mühüm, siyasi, təhlükəsizlik və ictimai məna daşıyır. Mən bu məsələni növbəti iclasda parlament müstəvisində də qaldıracam”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hindistanda 500 min insan faciə ilə üzləşib
19.06.2018, 15:36

Hindistanda 500 min insan faciə ilə üzləşib

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü
19.06.2018, 15:30

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü

Türkiyə ABŞ-la Rusiyanın arasında qalıb
19.06.2018, 15:20

Türkiyə ABŞ-la Rusiyanın arasında qalıb

Zakir Həsənov yeni hərbi hissənin açılışında iştirak edib - FOTOLAR
19.06.2018, 14:53

Zakir Həsənov yeni hərbi hissənin açılışında iştirak edib - FOTOLAR

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
19.06.2018, 14:45

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ
19.06.2018, 14:35

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi
19.06.2018, 14:07

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi

Deputatın toxunulmazlıq hüququ ləğv edildi
19.06.2018, 13:54

Deputatın toxunulmazlıq hüququ ləğv edildi

İmişlidə 45-dən çox pambıqçı kimyəvi maddədən zəhərlənib - AÇIQLAMA
19.06.2018, 13:42

İmişlidə 45-dən çox pambıqçı kimyəvi maddədən zəhərlənib - AÇIQLAMA

Rusiya parlamentinin spikeri Azərbaycana səfərə gəlir
19.06.2018, 13:20

Rusiya parlamentinin spikeri Azərbaycana səfərə gəlir

Ermənilərin pilotsuz təyyarəsi məhv edildi
19.06.2018, 13:17

Ermənilərin pilotsuz təyyarəsi məhv edildi

Azərbaycanlı nazir OPEK-in iclasına qatılacaq
19.06.2018, 13:16

Azərbaycanlı nazir OPEK-in iclasına qatılacaq

Dünyanın ən yaşlı oranqutanı ölüb
19.06.2018, 13:04

Dünyanın ən yaşlı oranqutanı ölüb

Biləsuvarda DƏHŞƏT - 16 yaşlı qız intihardan əvvəl özünü VİDEO-ya çəkdi
19.06.2018, 13:02

Biləsuvarda DƏHŞƏT - 16 yaşlı qız intihardan əvvəl özünü VİDEO-ya çəkdi

Qənirə Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət etdi
19.06.2018, 12:56

Qənirə Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət etdi

Qərbi Kaspi Universitetində tələbələrlə görüş
19.06.2018, 12:55

Qərbi Kaspi Universitetində tələbələrlə görüş

Yuri Manvelyan: “General Manvel Qarabağdakı qarətdən varlanmağa başladı...”
19.06.2018, 12:54

Yuri Manvelyan: “General Manvel Qarabağdakı qarətdən varlanmağa başladı...”

Oqtay Əsədov Çinə gedir
19.06.2018, 12:53

Oqtay Əsədov Çinə gedir

Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
19.06.2018, 12:31

Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Dünyada qaçqınların sayı rekord həddə çatıb
19.06.2018, 12:20

Dünyada qaçqınların sayı rekord həddə çatıb

Azərbaycanda qızıl mağazası qarət edildi
19.06.2018, 12:05

Azərbaycanda qızıl mağazası qarət edildi

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”
19.06.2018, 11:48

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq
19.06.2018, 11:38

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...
19.06.2018, 11:24

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı
19.06.2018, 11:19

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı

Ərdoğanın populyarlığı azalır - XƏBƏRDARLIQ
19.06.2018, 11:01

Ərdoğanın populyarlığı azalır - XƏBƏRDARLIQ

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb
19.06.2018, 10:55

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu
19.06.2018, 10:49

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB
19.06.2018, 10:34

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB

Paytaxtda daha bir YANĞIN
19.06.2018, 10:25

Paytaxtda daha bir YANĞIN

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu
19.06.2018, 10:14

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu

Azərbaycanda rektor vəfat edib
19.06.2018, 10:10

Azərbaycanda rektor vəfat edib

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı
19.06.2018, 10:02

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı

1,8 kiloqram marixuana satarkən yaxalandı
19.06.2018, 10:02

1,8 kiloqram marixuana satarkən yaxalandı

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq - PÜŞKATMA    
19.06.2018, 09:59

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq - PÜŞKATMA  

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.4%)
Braziliya(20.6%)
Almaniya(13.4%)
İngiltərə(5.15%)
Portuqaliya(14.4%)
İspaniya(4.12%)
Fransa(5.15%)
Belçika(1.03%)
Seneqal(2.06%)
Rusiya(17.5%)