Modern.az

ATƏT PA sədri Bakı-Tbilisi-Qars dəmir yolu haqda DANIŞDI

ATƏT PA sədri Bakı-Tbilisi-Qars dəmir yolu haqda DANIŞDI

Aktual

13 Mart 2018, 11:33

“İpək Yolu ilə bir marşrutdur ki,bu marşurut boyunca olan xalqların mədəniyyətini bölüşmək olduqca önəmlidir. Düzdür hər bir ölkənin milli maraqları var. Lakin iqtisadi sahələrdə əməkdaşlıq olduqca önəmlidir”.

 

Modern.az xəbər verir ki, bunu ATƏT Parlament Assamblyeasının sədri Georgi Tsereteli deyib. Onun sözlərinə görə, parlament üzvləri olaraq biz iqtisadi əlaqələrin yaradılmasında önəmli rol oynayırlar.

 

“Ölkələrimizin əksəriyyəti nəqliyyat sahəsində əlaqələrin inkişaf etdirilməsini qarşılarına məqsəd qoyub. Buna misal olaraq Bakı-Tbilisi -Qars dəmirolunu göstərə bilərik.

 

Bu dəmir yolu yol olduqca önəmlidir. Bununla da İpək olu marşurutu üzrə olan ölkələr öz mallarını daha tez formada Avropaya çatdıra biləcəklər. Bu təşəbbüs Avropa və Asiya arasında əməkdaşlığın,körpülərin yaradılmasına öz töhfəsini verir. Bu konfrans yeni ideayaların yaranması, əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü