17 yanvar 2019, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Səlim Müslümov nazirliyin nöqsanlara yol verən vəzifəli şəxsləri barədə tədbir gördü  
Səlim Müslümov nazirliyin nöqsanlara yol verən vəzifəli şəxsləri barədə tədbir gördü   +
13.03.2018, 14:40

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Fərman və sərəncamlarla cari ilin əvvəlindən 1 milyon 256 min nəfər pensiyaçının pensiyası, ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin (o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin), 846 min nəfərin əmək haqlarının artırılması təmin edilib. Bu artımlar ümumilikdə 3 milyon 123 min nəfəri və ya respublika əhalisinin 31,55 faizini əhatə edir  və qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manat təşkil edir.


Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilə dair fəaliyyətinin yekunlarına və Fondun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb.

Modern.az-ın məlumatına görə, nazir qeyd edib ki, əvvəlcədən sistemli şəkildə aparılmış təhlillər əsasında sosial ödənişlərə edilən bu artımlar Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin ildən-ilə davam etdirilməsinin növbəti əyani təsdiqidir.


S.Müslümov diqqətə çatdırıb ki, Prezidentin tapşırığına uyğun olaraq, sosial proqramlar yüksələn xətlə davam etdirilib.

“Belə proqramlardan biri kimi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən il nazirlik tərəfindən bu təbəqələrdən olan 315 nəfərə mənzillər (o cümlədən 148 nəfərə yeni inşa olunmuş binalardan mənzil, 167 nəfərə fərdi yaşayış evi) təqdim edilib. Bununla da indiyədək nazirliyin xətti ilə mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6,1 minə çatdırılıb”.

 
S.Müslümov sosial təmin sisteminin səmərəliliyinin artırılmasının bu sistemin sosial rifahda və yoxsulluğun azaldılmasında rolunun getdikcə artmasını şərtləndirdiyini qeyd edib: “Bunun təzahürü kimi, həmin sistemin mühüm komponentlərindən olan pensiya təminatında artım dinamikası ildən-ilə artır. Ötən il də pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 1 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb”.


2017-ci ilin 1 iyulundan pensiya qanunvericiliyində dəyişikliklərin tətbiqinin ötən ilin yaddaqalan islahat tədbirlərindən olduğunu qeyd edən nazir diqqətə çatdırıb ki, bu islahat tədbiri pensiya sistemində sığorta prinsipinin əsaslı tətbiqinə imkan yaratmaqla, işləyən əhalinin sosial sığorta sistemində fəal iştirakının və pensiyalarda artımın daha da stimullaşdırılmasına şərait yaradıb.

S.Müslümov bildirib ki, 1 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 446  nəfər əmək pensiyası alır. Onlardan 59,01 faizi yaşa görə,  11,42 faizi ailə başçısını itirməyə görə, 29,57 faizi əlilliyə görə əmək pensiyası alanlardır:

“Əgər nəzərə alsaq ki, bu gün pensiyaçılar əhalinin 13,4 faizini təşkil edir, o zaman pensiya təminatında mütəmadi artımların sosial rifahda önəmli rol oynadığını görmək olar”.


Nazir vurğulayıb ki, iqtisadi şaxələndirmənin genişlənməsi nəticəsində neftdən asılı olmadan milli iqtisadiyyatın sabit artım tempinin təmin edilməsi şəraitində ölkənin sığorta-pensiya sisteminin inkişafı da davamlı xarakter alıb:

“Bunun növbəti təsdiqi kimi,  2017-ci ildə Nazirlik  yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri  2016-cı ilə nisbətən 221,80 mln. manat və ya 6,98 faiz artaraq 3399,84 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz və ya 167,45 mln. manat artaraq 2084,44 mln. manat təşkil edib. Fondun gəlirlərinin tərkibində qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarının ötən il də artması müsbət məqamlardan biri kimi xüsusi qeyd oluna bilər. Belə ki, qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,20 faizini və ya 1340,76 mln. manatını təşkil edib və bu da 2016-cı illə  müqayisədə 11,05 faiz və ya 133,38 mln. manat çox olmaqla, illik proqnoz 103,14 faiz icra olunub”.


Hesabat ilinin daha bir mühüm islahat tədbiri kimi, ötən il “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunduğunu qeyd edən S.Müslümov bildirib ki, bu Qanuna əsasən, cari ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaradılması aztəminatlı ailələrin daha geniş şəkildə aktiv tədbirlərə cəlb olunmasına imkan yaradıb: “2016-cı ilin fevral ayından ünvanlı sosial yardım təyinatının elektronlaşdırılması bu sahədə ünvanlılığın və şəffaflığın təmin edilməsini şərtləndirib.  Eyni zamanda, cənab Prezidentin tapşırığına əsasən, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, onların gəlir imkanlarının artırılması tədbirlərinin xeyli genişləşdirilməsi sosial yardım proqramından asılı aztəminatlı ailələrin də sayını ildən-ilə əhəmiyyətli şəkildə azaldacaq”.


Nazir diqqətə çatdırıb ki, ötən ilin noyabr ayından yYaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacağın və Reabilitasiya Müəssisəsinin fəaliyyətə başlaması sosial xidmətlərin əhatə dairəsini xeyli genişləndirib. Bu müəssisələrdə müvafiq şəxslərin  təkcə stasionar şəkildə sosial xidmətlərlə təminatı deyil, normal həyata qayıdışları məqsədilə də müvafiq işlər aparılır: “Ümumilikdə sosial təminat sisteminin bütün istiqamətləri üzrə 2017-ci ildə məqsədyönlü işlər aparılıb və cari il ərzində bu sistemin daha da gücləndirilməsi və sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasında səmərəliliyin yüksəldilməsi fəaliyyətimizin əsas xəttini təşkil edəcək”.


İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, 2017-ci ildə Fondun xərcləri 3464 mln. manat təşkil edib və bunun 3383,89 mln. manatı və yaxud 97,69 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 3289,57 mln. manat,  məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə isə 94,32 mln. manat olub.


Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı 2018-ci ilin 1 yanvar tarixinə ötən ilin əvvəlinə nisbətən 193 188 nəfər artaraq 3 566 745 nəfər təşkil edib. Ötən il ölkə əhalisinin 4,8 faizinə və ya 482915 nəfərə (o cümlədən 384956 nəfərə (79,7 faiz) aylıq, 97959 nəfərə (20,3 faiz) birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Bundan əlavə, 60021 nəfər Azərbaycan  Prezidentinin təqaüdləri ilə təmin olunub.


Fondun nəzdindəki “Məzun evi”  Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 240 nəfər şəxs yaşayır. Onların məşğulluğunun təminatı işlərinin davamı olaraq, müəssisədə ötən il  xalçaçılıq və tikiş sexləri də açılıb. Hesabat ilində 1165nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib, Fondun tabeliyindəki sosial xidmət müəssisələrində 1079 nəfər tam dövlət təminatında olub, 11025 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilib, nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr əsasında 4100  nəfər  uşaq və müvafiq hallarda ailələri sosial xidmətlərlə təmin ediliblər. Fondun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 2017-ci ildə əlavə olaraq 350 nəfər gənc peşə kurslarına qəbul edilib, Fondun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 68 nəfər insan alveri qurbanına və 28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərib. 


Dövlət Sosial Müdafiə Fondunun digər fəaliyyət istiqamətlərində görülən işlər də diqqətə çatdırılıb.


İclasda 2017-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərin yekunları ətraflı müzakirə edilib. Müsbət nəticələrlə yanaşı, əhaliyə xidmət sahəsində yol verilmiş nöqsan və çatışmazlıqlardan da bəhs olunub, fəaliyyətini düzgün qurmayan vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul olunub, fəaliyyət sahələrinə dair müvafiq tapşırıqlar verilib.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İtkin düşən kapitanın axtarışı dayandırıldı
17.01.2019, 22:45

İtkin düşən kapitanın axtarışı dayandırıldı

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi
17.01.2019, 22:30

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər
17.01.2019, 22:14

Temperaturunun 10 dərəcə aşağı düşməsi fəsadlarla nəticələnə bilər

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”
17.01.2019, 21:59

Həmsədrdən sərt AÇIQLAMA: “Avropa İttifaqı-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər”

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq
17.01.2019, 21:25

Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”
17.01.2019, 21:08

Qərargah son durumu AÇIQLADI: “Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub”

Benqal körfəzində güclü zəlzələ
17.01.2019, 20:57

Benqal körfəzində güclü zəlzələ

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq
17.01.2019, 20:44

Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır
17.01.2019, 20:30

Bu sahələrdə e-qaimə-fakturaların tətbiqi 5 faizdən də aşağıdır

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb
17.01.2019, 20:16

Xəzərdə dalğanın hündürlüyü 8.9 metrə çatıb

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi
17.01.2019, 20:04

Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi
17.01.2019, 20:02

Üstünə reklam lövhəsi aşan şəxsin həyati təhlükəsi yoxdur - Səhiyyə Nazirliyi

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”
17.01.2019, 19:57

“Qarabağ münaqişəsinin həllinə dəstək artıb”

Sumqayıtda güclü külək binanın damını apardı
17.01.2019, 19:52

Sumqayıtda güclü külək binanın damını apardı

Finlandiyada erməni təxribatının qarşısı alınıb
17.01.2019, 19:21

Finlandiyada erməni təxribatının qarşısı alınıb

Ağstafada 2018-ci ilin hesabatı verildi
17.01.2019, 18:55

Ağstafada 2018-ci ilin hesabatı verildi

Prezident bu qurumları ləğv etdi - SİYAHI
17.01.2019, 18:52

Prezident bu qurumları ləğv etdi - SİYAHI

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO
17.01.2019, 18:45

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı
17.01.2019, 18:27

Prezident MTRŞ-ya 3 milyon manat ayırdı

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM
17.01.2019, 18:10

İlham Əliyevdən Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı SƏRƏNCAM

Fərəh Əliyevadan TƏKLİF: “Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir”
17.01.2019, 18:01

Fərəh Əliyevadan TƏKLİF: Dissertasiyaların müdafiəsi prosesi sadələşdirilməlidir

“Böyük İpək Yolu” 20 yanvar faciəsini andı -  FOTOLAR
17.01.2019, 17:55

Böyük İpək Yolu 20 yanvar faciəsini andı -  FOTOLAR

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib   
17.01.2019, 17:50

Ekologiya Nazirliyi: Bakıda külək 40 m/s-dək şiddətlənib  

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi
17.01.2019, 17:43

Azərbaycan alimlərinin II Qurultayının vaxtı dəqiqləşdi

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır
17.01.2019, 17:40

Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi
17.01.2019, 17:35

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi

Manat və dolların məzənnəsi dəyişdi?
17.01.2019, 17:16

Manat və dolların məzənnəsi dəyişdi?

Berluskoni siyasətə qayıdır
17.01.2019, 16:57

Berluskoni siyasətə qayıdır

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü   
17.01.2019, 16:56

Ramil Usubov əməliyyat müşavirəsində tələb irəli sürdü  

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO
17.01.2019, 16:53

Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu - Modern.az-ın ictimailəşdirdiyi HADİSƏ - FOTO

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI   
17.01.2019, 16:45

Əhalinin sülhə hazırlanması nə deməkdir? - Xarici İşlər Nazirliyindən Qarabağ AÇIQLAMASI  

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək
17.01.2019, 16:25

Azərbaycanlı rejissorun iki filmi 72-ci Kann film festivalında iştirak edəcək

Huner Group-dan əla fürsət!
17.01.2019, 16:06

Huner Group-dan əla fürsət!

Məşhur idmançını öldürənlərə hökm oxundu
17.01.2019, 16:01

Məşhur idmançını öldürənlərə hökm oxundu

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”
17.01.2019, 15:40

Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”

Azercell ilə rominqdə onlayn ol
17.01.2019, 15:34

Azercell ilə rominqdə onlayn ol

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır
17.01.2019, 15:32

Ekologiya Nazirliyi: Bakıda küləyin sürəti 30 m/s, Sumqayıtda 40 m/s-ə çatır

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir
17.01.2019, 15:30

Avropa İttifaqı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Gəncədədir

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb
17.01.2019, 15:28

Yaqub Zurufçu ABŞ və Kanada turnesindən qayıdıb

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi
17.01.2019, 15:22

4700,3 mln. manat profisit yaranıb – Maliyyə Nazirliyi

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb
17.01.2019, 15:21

Hərbçi yoldaşını güllələyən erməni əsgər saxlanılıb

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...   
17.01.2019, 15:04

Bakı Dövlət Universitetində istedadlı bir oğlan var idi...  

20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX
17.01.2019, 14:53

20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX

Güclü külək iki yük maşınını aşırdı - VİDEO
17.01.2019, 14:50

Güclü külək iki yük maşınını aşırdı - VİDEO

İki erməni əsgəri minaya düşdü
17.01.2019, 14:45

İki erməni əsgəri minaya düşdü

Qorxulu siklon artıq Azərbaycandadır
17.01.2019, 14:37

Qorxulu siklon artıq Azərbaycandadır

Quba və Lerikdə hava DURUMU
17.01.2019, 14:34

Quba və Lerikdə hava DURUMU

Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə nədən DANIŞDI?
17.01.2019, 14:29

Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə nədən DANIŞDI?

XİN-in əməkdaşları “ASAN xidmət”in təmin etdiyi məkanda yerləşəcəklər
17.01.2019, 14:27

XİN-in əməkdaşları “ASAN xidmət”in təmin etdiyi məkanda yerləşəcəklər

“Azərbaycan ordusu birinci müdafiə xəttini yarsa....” – Erməni politoloqdan XƏBƏRDARLIQ
17.01.2019, 14:11

“Azərbaycan ordusu birinci müdafiə xəttini yarsa....” – Erməni politoloqdan XƏBƏRDARLIQ

ARXİV