Modern.az

Putin 130 nəfərin öldüyü faciə HAQDA: “Əmri özüm vermişdim”

Putin 130 nəfərin öldüyü faciə HAQDA: “Əmri özüm vermişdim”

Dünya

15 Mart 2018, 14:54

Rusiya prezidenti Vladimir Putin Moskvanın Dubrovka metrosu yaxınlığında yerləşən teatr mərkəzinin hücumla azad olunması barədə göstərişi şəxsən verdiyi deyib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident 2002-ci ildə baş verən həmin hadisə zamanı terrorçuların daha çox insan öldürməyə çalışdıqlarını deyib.

“Terrorçular avtobusları ələ keçirərək Qırmızı Meydana hərəkət etməyi və burada insanları güllələməyi planlaşdırırdı. Biz buna imka verə bilməzdik. Hücum əmrini şəxs özüm verdim. Amma təəssüf ki, teatra buraxılan zəhərli qaz təsirini gec göstərmişdi. Biz daha gözləyə bilməzdik”.

 

Onun sözlərinə görə, fəaliyyətsizlik daha çox insan itkilərinə yol açacaqdı. Həmin hadisə zamanı 130 nəfər həlak olmuş, 500-dən artıq insan isə xəsarət almışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü