Modern.az

Azərbaycanda Putinə 1252, Jirinovskiyə 35 nəfər səs verib

Azərbaycanda Putinə 1252, Jirinovskiyə 35 nəfər səs verib

Aktual

19 Mart 2018, 15:29

Azərbaycanda Rusiyada prezident seçkiləri ilə bağlı keçirilmiş səsvermənin nəticələri açıqlanıb.

 

Modern.az saytının xəbərinə görə, bu haqda Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. 

 

Bildirilib ki, martın 18-də keçirilən seçkilərlə bağlı səfirlikdə 1517 Rusiya vətəndaşı iştirak edib. 

 

Səsvermənin nəticəsinə görə, S.N Baburin 5 səs, P.N. Qrudinin 119 səs, V.V. Jirinovski 35 səs, V.V. Putin 1252 səs, K.A.Sobçak 57 səs, M.A. Suraykin 7 səs, B.Y Titov 11, Q.Ayavlinski isə 17 səs toplayıb. Ümumilikdə, Putin səslərin 83 faizini toplamış olub. 

 

Səsvermə ilə bağlı səfirliyə heç bir şikayətin daxil olmadığı qeyd edilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü