Modern.az

Ağ ev: “Tram Putini təbrik etməyəcək, amma…  

Ağ ev: “Tram Putini təbrik etməyəcək, amma…”   

20 Mart 2018, 12:11

Yenidən 6 illiyə Rusiya prezidenti seçilən Vladimir Putini qələbəsi münasibətilə artıq bir sıra xarici liderlər təbrik ediblər. Onların sırasında MDB ölkələrinin əksəriyyətinin liderləri, Venesuela, Macarıstan, Serbiya və Kuba prezidentləri, Yaponiyanın, Hindistanın baş nazirləri, Çinin dövlət başçısı və digərləri var.

ABŞ prezidenti Donald Tramp isə qələbəsi münasibətilə Vladimir Putini təbrik etmək fikrində deyil.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ evdən bildiriblər.

ABŞ prezidenti Donald Tramp hələ ki Vladimir Putinlə telefonla əlaqə də qurmayıb.

Ağ ev rəsmiləri bəyan ediblər ki, Trampın belə bir zəngi də planlaşdırılmayıb. Rəsmi Vaşinqton Rusiyadakı prezident seçkilərinin yekunlarından təəccüblənməyib.

Bununla yanaşı, Ağ ev rəsmiləri deyiblər ki, Moskva ilə münasibətləri inkişaf etdirmək niyyətindədirlər, lakin harada rəsmi Kreml Vaşinqtonun maraqlarına təhdid olacaq, onda cavabını da alacaq.

"Biz biz bir yerdə işləyə biləcəyimiz istiqamətləri axtaracağıq, amma həmin hallar bizim də maraqlarımıza xidmət etməlidir", -deyə ABŞ liderinin köməkçisi X.Qidli jurnalistlərə bildirib.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...