Modern.az

Şamaxıda yol qəzası: 1 ölü, 4 yaralı

Şamaxıda yol qəzası: 1 ölü, 4 yaralı

Aktual

24 Mart 2018, 10:25

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. Modern.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saat 9:30 radələrində magistral yolun Şamaxının Meysəri kəndindən keçən hissəsində qeydə alınıb.

 

"Ford Transit"markalı sərnişin mikroavtobusunun "VAZ 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb.

 

Hazırda təcili yardım stansiyasının briqadası və yol polisi əməkdaşları hadisə yerindədir. Ölən və yaralıların kimliyi barədə əlavə məlumat veriləcək.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü