Modern.az

“Aprel döyüşlərindən sonra Ermənistan güzəştlərə hazır olmalıdır” – Amerikalı EKSPERT

“Aprel döyüşlərindən sonra Ermənistan güzəştlərə hazır olmalıdır” – Amerikalı EKSPERT

Qarabağ

4 Aprel 2018, 12:34

“Ermənistan güzəştlərə hazır olmalıdır”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda Vudro Vilson Mərkəzinin eksperti Kenet Yalovits müzakirələr zamanı deyib.

 

Amerikalı ekspertin fikrincə, Ermənistan qarşısında dayanan əsas məsələ Qarabağ münaqişəsinin həllidir.

 

“Münaqişə həll olunmamış nə Azərbaycan, nə də Ermənistan öz potensiallarını reallaşdıra biləcək. Aprel döyüşlərindən sonra 2 yüksəkliyi geri qaytaran Azərbaycan özünə inamı qaytarıb və real güzəştlər istəyəcək.

Amma Ermənistan da güzəştlərə hazır olmalıdır. Siz Dağlıq Qarabağ ətrafındakı rayonlarla bağlı seçim etməlisiniz. Siz nəyin bahasına olursa olsun, onları saxlamaq ya Azərbaycana qaytarıb real güzəştlər qazanmaq istəyirsiniz?”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü