19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - CƏMİYYƏT - Hansı namizəd komanda formalaşdırıb, koalisiya hökuməti qurmaq istəyən kimdir...
Hansı namizəd komanda formalaşdırıb, koalisiya hökuməti qurmaq istəyən kimdir...
06.04.2018, 12:52

Aprelin 11-də Azərbayacanda prezident seçkiləri keçiriləcək. 8 namizəd mübarizə aparır.

Maraqlıdır, prezidentliyə namizədlərin formalaşdırdığı komandaları varmı?

Modern.az saytı bu sualla namizədlərə  müraciət edib.


Prezidentlyə namizəd, Milli Məclisin deputatı Zahid Oruc
deyib ki, idarəçilik sistemində müsbət ənənələri formalaşdırmaq lazımdır:

“Seçkilərə qoşulduğumuz gündən söyləmişik ki, hədəflərimiz konkret olaraq  Azərbaycan cəmiyyətinə ötən illərdə keçdiyimiz yolu obyektiv dəyərləndirmək, Heydər Əliyev siyasətinin önəmini vurğulamaq, onu baxışlarından, ideologiyasından asılı olmayaraq bütün qüvvələrin söykənə biləcəyi bir kurs kimi təqdim etməyə çalışmaqdır. Yəni qısaca, bu siyasətin təməl prinsiplərini qəbul edən hər kəs Heydər Əliyevin varisi ola bilər. Həmçinin bu, özlüyündə cəmiyyətdə barış mühitinə, inkarçılıq ənənələrinin, siyasi düşmənçiliyin ortadan qaldırılmasına xidmət edə biləcək mövqedir. Bu platforma ilə təbii ki, realist olduğumuz təqdirdə qalib gəlmək mümkün deyil.
Ötən illər ərzində Azərbaycan cəmiyyətinin gözündə liderliyini təsdiqləmiş İlham Əliyevin qalibiyyəti hər kəsə bəllidir. Bizim həmin şəraiti bildiyimiz təqdirdə mübarizədə iştirak etməyimiz qətiyyən kiməsə qəribə görünməməlidir”.

Namizəd qeyd edib ki, dünyanın siyasi təcrübəsində də fərqli reytinqlərə malik olan qüvvələrin müxtəlif hədəflərlə seçkilərdə iştirakı müşahidə edilir:

“Kimisi tanınmaq , kimisi hökümətdə təmsilçilik uğrunda yarışmaq, gələcək siyasi quruculuqda yer almaq, ölkənin gündəmin formalaşmasında iştirak etmək istəyir.  Komanda məsələsinə gələndə isə burada hətta hər hansı situasiyada qalib olsaydıq belə, idarəçilik sistemində müsbət ənənələri formalaşdırmaq lazımdır. Bu özlüyündə varislik adlana bilər. Məsələn, bir xəstəxananın rəhbərini dəyişsən, hər gələn köhnəni pisləyir, oranın dağıdıldığını söyləyir, kollektivi əvvəlki rəhbəri söyməyə vadar edir, həmçinin peşəkarlıq səviyyəsinin qorunması da mümkün olmur. Ona görə də  hökumət yenilənəndə dövlətlərin vəzifələrində  əsas məqamlarında dayanan 3500-ə qədər adam dəyişir. Belə  olan halda Azərbaycanda komanda quruculuğu məsələsində biz prinsipial olaraq deməliyik ki,  işini peşəkarlıqla yerinə yetirən məmur təbəqəsi öz yerini qoruyub saxlamalıdır. Əgər haradasa etibarını itirən insanlar varsa, bu halda, onlar dəyişdirilməldir”.


Prezidentlyə namizəd, Azərbaycan Demokratik Partiyasının sədri  Sərdar Cəlaloğlu
  düşünür ki, Azərbaycanı indiki durumdan yalnız koalisiyon hökümət çıxara bilər:

“Söhbət burada yalnız kadrlardan getmir. Mən öz komandamı ümumiyyətlə nəzəri olaraq müəyyən etmişəm. Yeni Azərbaycan Partiyasının, müxalifət partiyalarının, Azərbaycan Demokratik Partiyasının nümayəndələri, həmçinin bitərəflərdən ibarət, öz xalqını, millətini sevən və idarəetmə qabiliyyətli, öz sahəsində zəruri biliyə malik olan adamlardan komanda təşkil etməyi düşünürəm”.

S.Cəlaloğlu deyib ki, komanda üzvlərini indidən konkretləşdirmək mümkün deyil:

“Tutaq ki, kiminsə komandamda olmasını istəyərəm. Amma seçkilərin nəticələri məlum deyil, Yeni Azərbaycan Partiyasına necə müraciət edə bilərəm? Gərək nəticələr məlum olsun, qalib gəlim, daha sonra, tutaq ki, hakimiyyətdə olan, bir o qədər də korlanmayan, bu və ya başqa şəkildə öz xalqına xidmət edən  məmurları komandama dəvət edim. Belə bir vəziyyətdə konkretləşmə həyata keçirmək mümkün deyil”.


Müasir Müsavat Partiyasının sədri  Hafiz Hacıyev
komandasının olduğunu deyib:

“Həmçinin, indiki hakimiyyətin komanda üzvlərindəki ləyaqətli insanlardan da istifadə olunacaq. O cümlədən koalisiyon bir hökümətin qurulmasına cəhd edəcəyik. Digər partiya nümayəndələrindən də komandamızda iştirak etməsini arzu edərdik. Yeni Azərbaycan Partiyasının kifayət qədər bacarıqlı üzvləri var və onlardan da istifadə etməyi düşünürük.

Komandamızın əksəriyyəti təmkinli, bacarıqlı insanlardan ibarətdir. Yəni komandada tək bir partiya təmsil olunmayacaq. Bu gün prezident seçkilərində iştirak edən partiyalarda da kifayət qədər ləyaqətli insanlar var. Onların hamısında istifadə etmək fikrindəyik.  Düşünürəm ki, bu, çox böyük effekt verə bilər”.


Prezidentlyə namizəd, "Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayevin
sözlərinə görə, Azərbaycanı idarə etmək üçün hazırda partiyada bütün kadrlar yoxdur:

“Və düşünmürəm ki, Azərbaycanda onu  tam olaraq  idarə edə biləcək, ancaq öz daxilindəki kadrlara  sahib olan bir siyasi  təşkilat mövcuddur. Bu baxımdan hazırda əsas açar sayıla biləcək kadrlarımızın olduğunu deyə bilərəm.  Digər tərəfdən fikrimcə, hakimiyyətə gələn insan bütün köhnə kadrların hamısını istefaya göndərməməlidir. Sadəcə qeyd etdiyim əsas açar vəzifələrdə dəyişiklik edilməlidir.  

Məsələn, məmurların hamısı vəzifəsində qala bilər. Lakin  icra başçıları, nazir vəzifələrini tutanlar istefaya getməlidirlər. Yerdə qalan  bütün vəzifələr dəyişilməyə  bilər. Hazırda xaricdə təhsil alan 15 mindən çox azərbaycanlı var və bu azərbaycanlıların hamısını vəzifəyə təyin etmək fikrimiz var”.


Azərbaycan Sosial Demokrat Partiyasının prezientliyə namizədi, deputat Araz Əlizadə
aprelin 11-nə kimi heç bir açıqlama verməyəcəyini deyib.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Fədayə Laçının səhhəti pisləşdi
19.07.2018, 00:06

Fədayə Laçının səhhəti pisləşdi

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi
18.07.2018, 23:48

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.07.2018, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Şimali Kipr sahillərində 19 miqrant batdı
18.07.2018, 23:27

Şimali Kipr sahillərində 19 miqrant batdı

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb
18.07.2018, 23:14

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib
18.07.2018, 22:56

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı
18.07.2018, 22:40

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Dənizdə 4 nəfər batmaqdan xilas edilib
18.07.2018, 22:27

Dənizdə 4 nəfər batmaqdan xilas edilib

Kılıçdaroğlunun köməkçisi istefaya getdi
18.07.2018, 22:12

Kılıçdaroğlunun köməkçisi istefaya getdi

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub
18.07.2018, 22:01

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı
18.07.2018, 21:36

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi
18.07.2018, 21:19

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq
18.07.2018, 21:07

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib
18.07.2018, 20:50

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub
18.07.2018, 20:39

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Şəhərin 90 faizi azad edildi
18.07.2018, 20:29

Şəhərin 90 faizi azad edildi

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO
18.07.2018, 20:14

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov
18.07.2018, 20:02

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü
18.07.2018, 19:48

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb
18.07.2018, 19:38

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

“Barselona”nın futbolçusu məscid tikdirəcək
18.07.2018, 19:27

“Barselona”nın futbolçusu məscid tikdirəcək

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib
18.07.2018, 19:16

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi
18.07.2018, 19:06

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır
18.07.2018, 19:00

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır

Aleksis Sançes ABŞ-a buraxılmadı
18.07.2018, 18:49

Aleksis Sançes ABŞ-a buraxılmadı

Xəzərdə 58 yaşlı kişi boğulub
18.07.2018, 18:42

Xəzərdə 58 yaşlı kişi boğulub

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib
18.07.2018, 18:30

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"
18.07.2018, 18:20

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb          
18.07.2018, 18:10

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb      

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ
18.07.2018, 18:01

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı
18.07.2018, 17:55

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı

Bu il Bakıda 40 min piyada cərimələnib
18.07.2018, 17:47

Bu il Bakıda 40 min piyada cərimələnib

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.07.2018, 17:34

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu
18.07.2018, 17:30

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu

ARXİV