Modern.az

Rusiyanın Suriyada sınaqdan çıxardığı qorxulu SİLAH

Rusiyanın Suriyada sınaqdan çıxardığı qorxulu SİLAH

Dünya

6 Aprel 2018, 15:39

Rusiya Suriya müharibəsinin bəhrəsini görməkdə davam edir.

 

Çox acınacaqlı bir, vəziyyət olsa da, bu insan həyatının poliqonunda onu sonlandırmaq uğrunda gedən yarış davam edir. Rusiya Suriyada öz silahlarını təkmilləşdirməyi  davam etdirir. Bu dəfə “Pansir” silahını təkmilləşdirdiyini fəxrlə bildirən Rusiya, silaha reaktiv mərmiləri vurmaq özəlliyi qatıb.

Yeni “Pansir-C1” silahı üzərində 2000-ci illərin əvvəllərindən təkmilləşdirmə işləri aparılır. Lakin bu sahədə ən ciddi irəliləyişlər  “Suriya poliqonu”nda əldə edilib.

 

Beləliklə silah təkmilləşdirilərək yeni radiolakasiya sistemi ilə təhciz olunub. Bununla da silanın hədəfi müəyyən etmə məsafəsi 80 km-ə çatıb və silah reaktiv mərmiləri də məhv etmək imkanı əldə edib. Silah zenit raktləri və 30 mm çaplı avtomatik snayper silahı ilə təhciz edilib. Avtomatın atış məsafəsi 4 km-dir.

Rusiya Silahlı Qüvvələrinin Hava və Raket Hücumundan Müdafiə Qoşunlarının komandanı Viktor Qumennıyın sözlərinə görə silahdakı bütün təkmilləşdirmələr Suriyada əldə olunan təcrübə sayəsində mümkün olub.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü