16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - MEDİA - Akademik bütün jurnalistlərdən üzr istədi: “O gün çox əsəbi idim” - MÜSAHİBƏ
Akademik bütün jurnalistlərdən üzr istədi: “O gün çox əsəbi idim” - MÜSAHİBƏ
06.04.2018, 16:41

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun martın 30-da Modern.az-ın hava şəraitilə bağlı suallarını cavablandırmaq əvəzinə bütün jurnalistləri təhqir edərək, “küçük” adlandırması bir həftədir ki, mətbuatın və sosial şəbəkələrin gündəmindən düşmür.
Bu gün akademik daha bir açıqlama yayaraq, bildirib ki, guya onu yuxudan oyadıb “pardon”suz açıqlama istəmişəm.

Maraqlısı budur ki, bütün bunlardan sonra Ramiz Məmmədov söhbətlərə son qoyulmasını istədi. Bu barədə Modern.az-a akademik özü üzrxahlıq müsahibəsində bildirdi.

 

- Ramiz müəllim, salam...

- Salam.

- Sizi narahat edən Modern.az-ın əməkdaşı Gülşən Raufqızıdır, yəqin xatırladınız, necəsiniz?


- Vallah necə olum, o açıqlamadan sonra bütün Azərbaycan mediası mənim üstümə hücum çəkdi.

- Martın 30-da da sizə zəng vuranda eynilə bu cür salamlaşmışdım. Amma siz “Axar.az-a” açıqlamanızda demisiniz ki, “qız məni yuxudan oyadıb “pardon”suz açıqlama istəyib. Mənim də köhnə incikliklərim yada düşdü”. Əvvəla mənim tərbiyəm yol vermir ki, səbəbsiz kiməsə zəng vurum və salamsız, hal-əhval tutmamış açıqlama istəyim...

- Bilirsənmi qızım, sən həmin gün məni yuxudan oyatdın. Mən bütün gecəni yatmamışdım, həm nasaz idim, həm də çox işləmişdim. Sən zəng edəndə ixtiyarsız, şüuraltı şəkildə məni özümdən çıxaran jurnalist yadıma düşdü. Və istəmədən “küçük” sözünü işlətdim. Amma bütün jurnalistlərə “küçük” demədim. Mənim haqqımda əsassız şeylər yazmış bir jurnalisti nəzərdə tutdum o sözü deyəndə.

- Ramiz müəllim, nəzərdə tutmaq bir başqa, dilə gətirmək bir başqa. Səsyazınız durur, silməmişəm...

- Bəlkə də demişəm, yenə deyirəm əsəbi olmuşam. Amma gərək belə olmayaydı.

- Olmazdımı ki, bütün medianı bir-birinə qatmamış sizdən açıqlama alan və xoşunuza gəlməyən şəkildə yazan həmin jurnalisti tapaydınız, yazıda düzəliş etməyini tələb edəydiniz. Dəfələrlə olur ki, yazı mətbuatda getdikdən sonra düzəliş edilir, hətta tamamilə silinir. Görünməmiş iş deyildi ki... Zəng vurub etiraz edəydiniz o adama, yazını çıxartmağı tələb edəydiniz. Etmədiniz, əvəzində bir nəfərə görə yığdığınız kini hamıya tökdünüz... Biz də başqasının badına getdik.

-  Cavab verim. Deməli “Azərbaycana qar yağamayacaq” söhbəti çıxandan sonra müavinim mənə dedi ki, “bu səhv yazılanlara, xüsusilə QHT sədri Telman Zeynalova cavab vermək lazımdır. Dedim ki, “Məhərrəm müəllim, fikir verməyin. Yaddan çıxıb gedəcək”.

- Doğrudan da yaddan çıxmışdı. Ta ki siz xatırlayıb məni acılayana qədər...

- Hə, dedim axı özümdən ixtiyarsız olmuşdu. Özü də mən sizə danışandan sonra jurnalistlər yenə də zəng vurdular. Sonra mən heyfslənirəm deyə açıqlama yaydım. Hər bir yazının sətiraltı mənası var. Bu özü mənim sizlərdən üzr istəməyim idi. Amma bu, sizə kifayət etmədi və qəbul etmədiniz.

- Heyfsiləndiyinizi kimə dediniz, Ramiz müəllim? Yazı bizdə getdiyinə görə olmazdımı heyfsiləndiyinizə dair açıqlamanı elə Modern.az-ın e-mail adresinə göndərəydiniz?

- Nə bilim. Dedim daha məni özünüzə düşmən bilirsiniz, qəbul etməzsiniz.

- Bizim bir düşmənimiz var, o da ermənidir!

- Hə, o da düzdür. Mən əslində o yazıda sətiraltı üzr istəmişdim. Bəlkə də siz oxumayıbsınız.

- Ramiz müəllim, sizin müavininiz, Məhərrəm müəllim səhhətinizdə problem olduğunu, bütün gecəni yatmadığınızı deyəndən sonra “kaş yazmayaydım” deyə düşündüm. Çünki vicdanım var. Baxmayaraq ki, siz məni “elə beləcə də yaz” deməklə daha çox təhrik elədiniz. Bəs siz, mən sizinlə salamlaşıb hal-əhval tutduğum halda, “qız məndən “pardon”suz açıqlama istədi” deyəndə vicdanınız sizi incitmədimi? Axı bütün gecəni yatmamağınız sizə mənim haqqımda yalan fikir irəli sürməyə haqq vermir...


- O gün o qədər əsəbi idim ki... Vallah heç çox şeyi xatırlamıram.

- “Yazaram sizi bilirsiz neyləyərlər” demək tərbiyəsizlik və şantajdır və mənim leksikonuma yaddır.

- Gülşən xanım, gəlin belə edək. Olan olub, mən istəmədən kobudluq etmişəm. Sizə və həmkarlarınıza qarşı kobud ifadə işlətmişəm. Sizin baş direktor Elşad Eyvazlı ilə də danışdım. Həqiqətən həmin gün əsəbi və yorğun olmuşam. Bununla özümə haqq qazandırmıram.Yenə deyirəm o sözü bir nəfər haqqımda yanlış yazanı nəzərdə tutub demişəm. Əgər dediklərimdən inciyibsinizsə, sizdən və bütün həmkarlarınızdan üzr istəyirəm. Və istəyirəm ki, bu söhbət bir də açılmasın.

- Ramiz müəllim, üzr istəmək özü də böyüklükdür. Hər bir insan səhv edə bilər. Əsas onun fərqinə varmaqdır. Bunu dərhal etsəydiniz, söhbət bu qədər uzanmayacaqdı.

- Tamamilə razıyam. Yenə deyirəm heyfsiləndiyimi bildirmişdim, sizlər qəbul etməmişdiniz. Bütün jurnalistlərə həmişə açıq olmuşam, yenə də açığam.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib
16.10.2018, 01:00

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib

İŞİD 700 dinc sakini girov götürüb
16.10.2018, 00:37

İŞİD 700 dinc sakini girov götürüb

Prezident jurnalistin qətlindən danışdı
16.10.2018, 00:27

Prezident jurnalistin qətlindən danışdı

Bu ölkə Avroviziyadan imtina etdi
16.10.2018, 00:09

Bu ölkə Avroviziyadan imtina etdi

Bu vulkan kül püskürməyə başlayıb
15.10.2018, 23:51

Bu vulkan kül püskürməyə başlayıb

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər
15.10.2018, 23:42

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir
15.10.2018, 23:27

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir

Azərbaycan nefti ucuzlaşıb
15.10.2018, 23:09

Azərbaycan nefti ucuzlaşıb

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu
15.10.2018, 22:53

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
15.10.2018, 22:40

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Meyvezer Həbibin çağırışına cavab verdi
15.10.2018, 22:23

Meyvezer Həbibin çağırışına cavab verdi

Sürüşmə zonasında gərginlik qalmaqdadır
15.10.2018, 22:12

Sürüşmə zonasında gərginlik qalmaqdadır

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb
15.10.2018, 21:59

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb

“Ermənistanın sülhə nəcə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov
15.10.2018, 21:46

“Ermənistanın sülhə nəcə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı
15.10.2018, 21:31

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı

Əsgərləri daşıyan mikroavtobus aşıb
15.10.2018, 21:19

Əsgərləri daşıyan mikroavtobus aşıb

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR
15.10.2018, 21:05

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək
15.10.2018, 20:53

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək
15.10.2018, 20:41

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı
15.10.2018, 20:27

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib
15.10.2018, 20:13

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır
15.10.2018, 20:01

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı
15.10.2018, 19:40

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
15.10.2018, 19:21

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi
15.10.2018, 19:10

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü
15.10.2018, 18:58

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında   
15.10.2018, 18:50

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında  

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 
15.10.2018, 18:45

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu
15.10.2018, 18:42

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu

Astara üçün 10 milyon manat ayrıldı
15.10.2018, 18:35

Astara üçün 10 milyon manat ayrıldı

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi
15.10.2018, 18:34

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi

Prezident Lerikdə bina tikintisinə pul ayırdı
15.10.2018, 18:29

Prezident Lerikdə bina tikintisinə pul ayırdı

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM
15.10.2018, 18:28

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü
15.10.2018, 18:26

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü

Ağcabədidə piyada ölümü
15.10.2018, 18:17

Ağcabədidə piyada ölümü

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı
15.10.2018, 18:14

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı

73 dövlət əmlakı özəlləşdirilir 
15.10.2018, 18:09

73 dövlət əmlakı özəlləşdirilir 

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı
15.10.2018, 18:08

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı

İlham Əliyev Lerikdə yol açılışında
15.10.2018, 18:03

İlham Əliyev Lerikdə yol açılışında

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq   
15.10.2018, 18:02

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq  

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar
15.10.2018, 17:59

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi
15.10.2018, 17:56

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı
15.10.2018, 17:55

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO
15.10.2018, 17:49

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO

Lerikdə elektrik stansiyasının açılışı oldu
15.10.2018, 17:48

Lerikdə elektrik stansiyasının açılışı oldu

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
15.10.2018, 17:44

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı
15.10.2018, 17:32

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?
15.10.2018, 17:29

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə   
15.10.2018, 17:23

Prezident İlham Əliyevin aqrar siyasəti 15 ildə  

Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib - FOTO
15.10.2018, 17:16

Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib - FOTO

ARXİV