Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayaraq qalib olub. Sonrakı yerlərdə isə öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,11%; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 3,04 faiz; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,39%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,75% səslə qərarlaşıb.
Modern.az saytı prezident seçkiləri, onun nəticələri ilə bağlı Milli Məclis deputatlarının fikrini öyrənib.
Milli Məclisin deputatı Eldar İbrahimov:
“Prezident seçkiləri çox yüksək səviyyədə keçirildi. Yerlərdə olarkən, təbliğat apararkən əlbəttə, bütün əhalinin İlham Əliyevi dəstəklədiyini müşahidə etdik. Bu dəstək dünən sözsüz, öz bariz nümunəsini göstərdi. Mən təqribən 15 seçki məntəqələrində respublika üzrə müşahidəçi kimi iştirak etdim. İnsanların yüksək həvəslə seçkiyə gəldiyini gördüm. Bilirəm ki, əksəriyyəti də İlham Əliyevə səs verirdi. Ən vacib məsələ odur ki, artıq Azərbaycanda səsvermə mədəniyyəti formalaşıb və bu istiqamətdə irəliləyiş var. İnsanlar böyük məsuliyyətlə səsvermədə iştirak edirdilər. Dünən seçki məntəqələrində bir neçə beynəlxalq təşkilatların nümanyəndəsi ilə də rastlaşdım. Hamısı Azərbaycanda yüksək səviyyədə seçki keçirildiyinə təəccüblənirdilər. İnsanların davamiyyəti, aktivliyi, bütün sənədləşmə işləri yaxşı təşkil olunmudu. Son dərəcə şəffaf, demokratik, azad, sakit bir seçki keçirildi.
İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının namizədi deyil, həm də bütün Azərbaycan xalqının namizədidir. Buna görə də insanlar ona səs verdilər. Bugünkü, gələcək əmin-amanlığımıza, sabitliyimizə, ölkəmizin müdafiə qüdrətinə, inkişafına səs verdilər. Fürsətdən istifadə edib səs verən bütün insanlara, xalqımıza minnətdarlığımı bildirirəm.
Cənab prezident İlham Əliyevə qarşıdakı 7 ildə yeni uğurlar arzu edirəm. O cümlədən Azərbaycanın ağrılı yeri olan Dağlıq Qarabağ probleminin həllini tapacağına, ölkəmizin ərazi bütövlüyünün təmin olunacağına inanıram. Bundan böyük xoşbəxtlik yoxdur”.
Milli Məclisin deputatı Rasim Musabəyov:
“Dünən keçirilən prezident seçkiləri ilə bağlı heç kəs nə narazılıq, nə də pozuntular iddiası ilə çıxış edib. O cümlədən müşahidəçilər də prosesi müsbət qiymətləndirib. Mən də onlarla həmfikirəm. Çünki öz müşahidələrim də bunu təsdiq edir. Seçki nəticələri isə gözlənilən idi. Düşünürəm ki, əslində cənab prezident İlham Əliyev bundan da yüksək səs toplamalı idi. Çünki rəqibləri nəinki ona yaxındır, hətta müqayisə olunmayacaq dərəcədə ondan aşağıda idi”.
Milli Məclisin deputatı Asim Mollazadə:
“Biz seçki prosesini müşahidə etdik. Düşünürəm ki, haqlı olaraq prezident İlham Əliyev qalib gəldi. Və burada heç bir şübhədən söhbət gedə bilməz. Sadəcə olaraq ümidvaram ki, yeni dönəmdə ölkədə geniş miqyaslı islahatlar davam edəcək”.
Ermənistanda polis xalq tərəfə keçir
"Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi"
Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib
XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır
Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - FOTO
Sumqayıtda mənzildən qadın meyiti tapılıb
Kubada Kastro erası başa çatdı
Səlim Müslümov şəhid və itkin ailələrinə 11 minlik ödənişlərdən danışdı
Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü
Vikipediya-da “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb
Azərbaycanda 66 tibb işçisi məsuliyyətə cəlb edilib
Erməni əsilli milyarder həbs olundu
Gürcüstan Prezidentindən İlham Əliyevə TƏBRİK
Manatın sabahkı MƏZƏNNƏSİ
Çində kriptovalyuta fırıldaqçıları saxlanıldı
İraq aviasiyası Suriyanı bombaladı
“Deputatların saatı xarab olanda mənə gətirirlər” - SAATSAZ HACI: “O, 40 min manatlıq saat taxır”
Oqtay Şirəliyev Narkoloji Mərkəzin direktorunu işdən çıxardı
Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞDÜ
Nazirlik: Bakıda tozun miqdarı azaldı - YENİLƏNİB
Vətəndaşların yol polisindən etdiyi şikayətlər - SİYAHI
İlham Əliyev Rusiya və NATO generallarını qəbul etdi - YENİLƏNİB
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev
Naftalan otellərinə beynəlxalq sertifikat verildi
Hər ayağınıza olan ayaqqabını almayın - Tanınmış modelyerdən vacib MƏSLƏHƏT
Xaçmazda zona müşavirəsi keçirilib
Sarkisyan 3 naziri vəzifəsində saxladı
Elmar Vəliyev şikayətləri dinlədi
“Koroğlu” stansiyasının bir giriş-çıxışı bağlanır
Ermənistanda saxlanılanların sayı 100-ə çatıb
Əfqanıstandakı sülhməramlılarımız Vətənə qayıtdılar
Bazar günü rusdilli abituriyentlər qəbul imtahanı verəcəklər
ABŞ qorxulu iddianı TƏSDİQLƏDİ – Şübhələr DAĞILDI
Azərbaycanda 193.1 mln. manat sığorta haqqı toplanıb
İlham Əliyev ata Corc Buşa başsağlığı verib
Şərh yaz