Modern.az

Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRIR  

Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRIR   

14 Aprel 2018, 12:36

Rusiya prezidenti Vladimir Putin ABŞ, Fransa və Britaniya tərəfindən Suriyada bir neçə obyektə hərbi zərbələr endirilməsinə münasibət açıqlayıb.

 

Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin bu addımları sərt şəkildə pisləyib və BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdılqarını bildirib.

 

"ABŞ mülki əhaliyə qarşı kimyəvi silahların tətbiqi səhnləşdirilməsindən istifadə edərək Suriyaya zərbələr endirib".


Rusiya prezidenti bildirdiyinə görə ABŞ-ın bir il əvvəl də Rusiyanın Suriyadakı Şayrat aviabazasında olduğu kimi, Şərqi Qutada yerləşən Dumada da eyni senaridən istifadə edib. Onun sözlərindən Rusiya yoxlama qrupunun insident baş verən yerdə olarkən xlor və ya digər zəhərli maddələrin izlərini aşkarlamamasına ABŞ tərəfi məhəl qoymayıb. Putin eyni zamanda vurğulayıb ki, hətta yerli sakin heç biri kimyəvi hücum barədə məlumat verməyib.

Rusiya prezidenti Vaşinqtonun hazirki hərəkətləri ilə terrorçulara yol açdığını da qeyd edib.

Putin hadisəni terrorla mübarizə aparan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb və BMT TŞ-nin təcili iclasını çağırdıqlarını bildirib.


Əvəz ZEYNALOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü