Modern.az

ABŞ Rusiyanı HƏDƏLƏDİ - Rəsmi Moskva yeni sanksiyalara üzləşə bilər  

ABŞ Rusiyanı HƏDƏLƏDİ - Rəsmi Moskva yeni sanksiyalara üzləşə bilər   

15 Aprel 2018, 16:18

Amerika Birləşmiş Ştatları rəsmi Moskvanı xəbərdar edib ki, Kreml Bəşər Əsəd rejiminə dəstəyini davam etdirəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq.

Modern.az saytı xəbər verir ki, bu haqda “Daily Mail” Ağ evin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Ağ ev və Maliyyə Nazirliyi bu informasiyanı operativ şəkildə şərh edə bilməyiblər.

Bu arada prezident Donald Tramp Suriya hökumətinə də xəbərdarlıq edib. Deyib ki, kimyəvi hücumlar davam edəcəyi halda ABŞ növbəti dəfə zərbə endirməyə hazırdır.

Xatırladaq ki, aprelin 13-dən 14-nə keçən gecə ABŞ, Fransa və Böytük Britaniya Suriyadakı bəzi obyektlərə aviazərbələr endiriblər. Bu zərbələr əsasən Suriyanın hərbi bazalarına düşüb.

Rusiya prezidenti Vladimir Putin Qərb dövlərlərinin bu addımını kəskin tənqid edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü