Modern.az

Ermənistanda Sarkisyana qarşı AKSİYALAR - Yerevanın mərkəzi küçələri bağlandı

Ermənistanda Sarkisyana qarşı AKSİYALAR - Yerevanın mərkəzi küçələri bağlandı

Dünya

16 Aprel 2018, 10:38

Yerevanda keçirilən aksiyalarda mərkəzi küçələr bağlanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Vətəndaş razılaşması” partiyasının siyasi şura üzvü Nikol Paşinyanın sözlərinə görə, kütlə Arşakunyanç prospekti, Abovyan, Moskovyan və Saryan küçələri hərəkət üçün bağlıdır.

 

Amma müxalifətçilərin bu hərəkəti paytaxt sakinlərinin, xüsusən sürücülərin narazılığına səbəb olub.

“Biz küçələri planlaşdırmadığımız ərazilərdə bağlamışıq. Respublika Partiyası üzvlərinin evlərinin mühasirəyə alınması planı hələ də qüvvədədir. Planlaşdırdığımız tədbirlərin reallaşması xalqın dəstəyindən asılıdır.

 

Paşinyan bir neçə tərəfdarının polis tərəfindən saxlanıldığını da təsdiqləyib.

  

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü