Modern.az

Daha bir ödənişsiz “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb

Daha bir ödənişsiz “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb

Aktual

16 Aprel 2018, 10:57

Dövlət İmtahan Mərkəzi və Qərbi Kaspi Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə Qərbi Kaspi Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb. Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, bu gündən fəaliyyətə başlayan “Məsləhət mərkəzi”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.

 

“Abituriyent Məsləhət Mərkəzi” Qərbi Kaspi Universitetində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Ünvan: Azərbaycan, Bakı, İstiqlaliyyət 27

Ünvan:Nazim Hacıyev 6

Ünvan:Əhməd Rəcəbli 3

Ünvan:Cəfər Xəndan küç. 15 B

 

Qeyd edək ki, digər ali və orta ixtisas təhsil müəssisələri də bu tip məsləhət mərkəzlərinin yaradılması və abituriyentlərə xidmət göstərilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər. Məsləhət mərkəzinin yaradılması və s. məsələlərlə bağlı DİM tərəfindən dəstək göstərilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik