Modern.az

Daha bir güləşçimiz Parisə vəsiqə əldə etdi 

Daha bir güləşçimiz Parisə vəsiqə əldə etdi 

İdman

9 May 2024, 21:53

Azərbaycanın daha bir yunan-Roma güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

 

Modern.az xəbər verir ki, Sabah Şəraiti (130 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu hüquqa sahib çıxıb.

 

O, yarımfinalda belaruslu Pavel Qlinçuka sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək Olimpiya lisenziyası qazanıb.

 

Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 23-ə çatıb.

 

***

21:05

Azərbaycanın daha bir yunan-Roma güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

 

Modern.az xəbər verir ki, Rafiq Hüseynov (60 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu hüquqa sahib çıxıb.

 

O, yarımfinalda gürcüstanlı Laşa Qobadzeni 4:1 hesabı ilə məğlub edərək Olimpiya lisenziyası qazanıb.

 

Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 22-yə çatıb

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi