Modern.az

ABŞ-dan Suriya XƏBƏRDARLIĞI

ABŞ-dan Suriya XƏBƏRDARLIĞI

Dünya

16 Aprel 2018, 12:34

ABŞ Suriyadan məqsədlərini həyata keçirmədən çıxmayacağını açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Haley ABŞ-dan 3 məqsədi yerinə yetirməmiş Suriyadan çıxmayacaqları barədə məlumat verib: “ ABŞ ordusunun Suriyadan çıxmasını istəyirik. Amma bunun üçün bəzi məsələlərlə bağlı əmin olmalıyıq. Əvvəla, kimyəvi silahlardan istifadənin qarşısını alacayıq. Bundan başqa İŞİD təmamilə məğlub edilməli və İranın bölgəyə hökmranlıq etmədiyindən əmin olmalıyıq”.

 

Bundan başqa Haley bildirib ki, Suriyada Əsəd rejiminin kimyəvi silahlardan istifadə etməsinə yardım edən rus şirkətlərə qarşı yeni sanksiyalar tətbiq olunacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü