Modern.az

Ermənistan müxalifəti “məxməri inqilab” komitəsi yaratdı - BƏYANAT

Ermənistan müxalifəti “məxməri inqilab” komitəsi yaratdı - BƏYANAT

Aktual

17 Aprel 2018, 22:48

Ermənistanda sabiq prezident  Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyalarına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını bəyan edib.

 

Modern.az xəbər verir ki, Nikol Paşinyan hərəkata rəhbərlik edəcək qurumun qələbə qazananadək fəaliyyət göstərəcəyini qeyd edib: 

“Bütün regionlarda dövlət müəssisələrinin blokadası üçün inqilab komitələri yaradılacaq və çox tezliklə bu müəssisələr, o cümlədən polis inqilab komitələrinin əmrlərini yerinə yetirəcəklər”, - deyə Paşinyan mitinqdə bildirib. O, həmçinin deyib ki, dövlət orqanlarının blokadası çərşənbə günü başlayacaq.

Serj Sarkisyanın baş nazir seçilməsi Ermənistan müxalifətinin kütləvi etiraz aksiyaları ilə müşayiət olunur. Yerevanda aprelin 13-dən başlayan mitinqlər davam etməkdədir. Polis paytaxtın bir neçə mərkəzi küçəsini bağlayan aksiya iştirakçılarına qarşı əməliyyat keçirərək onlarla fəalı həbs edib. Toqquşmalarda 40 aksiya iştirakçısı və 6 polis işçisi yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü