Modern.az

Qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız? - SORĞU  

Qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız? - SORĞU   

Təhsil

18 Aprel 2018, 10:53

2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu başlayıb. Ərizələrin qəbulu martın 29-dan aprelin 30-dək internet vasitəsilə aparılır. İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. 
İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qruplari üzrə isə iyulun 26-da keçiriləcək. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər. 

Məlumdur ki, qəbul imtahanların iştirak ödənişlidir. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 dəfə iştirak üçün 20, həmin müəssisələrin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanında 1 iştirak üçün 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün 40 manat müəyyən edilib. 

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyənləşdirilib. 

İmtahanlarda iştirakın ödənişli olmasından narazı qalanlar qiymətlərin yüksək olduğunu bildirirlər. Xüsusilə maddi imkanı az olan şəxslər məhz ödənişə görə imtahanlarda iştirak edə bilmədiklərini söyləyirlər.

Modern.az saytının növbəti sorğusu imtahanların qiyməti ilə bağlıdır: Qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?”

Sorğumuza qatılmaq istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.

Cavablar bunlardır:

İmtahan qiymətləri çox yüksəkdir
İmtahan qiymətləri normalıdr
İmtahan qiymətləri aşağıdır
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdırr
İmtahan qiymətləri azaldılmalıdır
İmtahan qiymətləri artırılmalıdır

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü