Modern.az

İslam Əməkdaşlıq Təşkilatı konfransının sədrliyi Azərbaycana təhvil verilib

İslam Əməkdaşlıq Təşkilatı konfransının sədrliyi Azərbaycana təhvil verilib

Aktual

18 Aprel 2018, 11:55

Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri gənclər və idman nazirləri konfransının IV sessiyası başlayıb.

 

Modern.az xəbər verir ki, konfrans öncəsi yüksək məmurların toplantısı keçirilib ki, burada Nazirlər Konfransının gündəliyinə daxil olan əsas qərar və qətnamələrlə bağlı ilkin razılaşma və konsensusun əldə olunması, qəbul olunacaq qətnamə layihələri üzrə müzakirələr aparılıb.

 

Daha sonra sessiyanın əvvəlki Nazirlər Toplantısına rəhbərlik etmiş Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak konfransda sədrliyin Azərbaycana təhvil verildiyini elan edib.


Bundan sonra İƏT gənclər və idman nazirləri konfransının növbəti 2 il üçün sədrliyi Azərbaycanın gənclər və idman nazirinin səlahiyyətlərini icra edən Azad Rəhimova təqdim olunub.


Toplantıda 40-a yaxın İƏT ölkəsini təmsil edən nümayəndə heyətində gənclər və idman üzrə nazirlər, dövlət agentliyi və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələri iştirak edir.


Tədbir zamanı İƏT gənclər strategiyası, gənclər fəaliyyəti və idman üzrə qətnamələr, nazirlər görüşünün növbəti V sessiyasının tarixi və yerinin müəyyən olunması ilə bağlı qərarın və yekun Bakı bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə keçirilir.

 

Foto: İsmət Paşa

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü