Modern.az

Polis qadını hədələyərək pulunu və boyunbağısını alanları SAXLADI

Polis qadını hədələyərək pulunu və boyunbağısını alanları SAXLADI

18 Aprel 2018, 12:01

Yevlax şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək  aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

 

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.  Araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü