Modern.az

Etirazçılar Yerevanda meriyanı mühasirəyə aldılar - YENİLƏNİB

Etirazçılar Yerevanda meriyanı mühasirəyə aldılar - YENİLƏNİB

Dünya

18 Aprel 2018, 21:28

Yerevanda kütləvi yürüş keçirən müxalifət tərəfdarları mərkəzi Respublika meydanına toplaşıb.

Modern.az xəbər verir ki, axşam saatlarında etirazçılar müxalifətdən olan deputat Nikol Paşinyanın başçılığı altında şəhərin mərkəzinə geri qayıdıb.

Etirazçılar bundan əvvəl meriya və XİN-nin binaları qarşısına toplanaraq, müxtəlif şüarlar səsləndirib və vətəndaşları hərəkata qoşulmağa çağırıb.  Axşam saatlarında aksiyaya qoşulan insanların sayı artıb.

Mitinqdə böyük insan izdihamının olması ilə əlaqədar, bir sıra mərkəzi küçələrdə nəqliyyatın hərəkəti iflic olub.

Hələlik ərazidə nisbi sakitlik olsa da, çevik polis qüvvələri gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirir. Hökumət evinin qarşında maneələrin quraşdırıldığı bildirilir.

16:21

Yerevanda etiraz aksiyasının iştirakçıları meriyanın binasını mühasirəyə alıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə news.am yazır.

Meriyanın pilləkənlərindən oturan mitinq iştirakçıları “Taron çıx” və “Biabırçılıq” şüarları səsləndiriblər.

Binanın mərkəzi girişinin bağlı olduğuna əmin olduqda, aksiya iştirakçıları xidməti çıxışa istiqamətləniblər.  Burada onları mitinqin təşkilatçısı Nikol Paşinyan qarşılayıb və yürüşə qoşulmağa çağırıb.

12:05

Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident, indiki baş nazir iqamətgahını blokadaya alıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, iqamətgahın qarşısında yalnız bir neçə polis əməkdaşı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü