Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Modern.az xəbər verir ki, siyahıda Azərbaycandan üç məşqçinın adı yer alıb:
Qurban Qurbanov (Azərbaycan millisi və “Qarabağ”) - 1169 xalla 472-ci
Ayxan Abbasov (“Zirə”) - 217 xalla 972-ci
Roman Qriqorçuk (“Qəbələ”) - 255 xalla 926-cı
Qeyd edək ki, Qurbanov 11, Abbasov 10, Qriqorçuk isə ötən reyitnqə nisbətən 5 pillə irəliləyib.
Qeyd edək ki, cədvələ “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Onu “Barselona”nın çalışdırıcısı Ernesto Valverde və “Qremio”nun baş məşqçisi Renato Qauço izləyir. (qafqazinfo.az)