Modern.az

İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib - RƏSMİ  

İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib - RƏSMİ   

Mədəni̇yyət

23 Aprel 2018, 10:29

2018-ci ilin yanvar-fevral ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər, qeydiyyat şöbələri tərəfindən ölkədə 8,1 nikaha daxilolma halları qeydə alınıb.


Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, onlardan 176-sı Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 163-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır:

“Azərbaycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşlarıdır”.

R.Süleymanovun sözlərinə görə, əcnəbilərlə və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşlarının boşanması barədə Komitə tərəfindən müşahidə aparılmır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır