Modern.az

Şimali Koreyada avtobus qəzası: 36 ölü

Şimali Koreyada avtobus qəzası: 36 ölü

Aktual

23 Aprel 2018, 12:28

Şimalı Koreyada içərisində Çin vətəndaşlarının da olduğu ağır yol qəza hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Şimali Koreya respublikasının xarici işlər naziri Lu Kan bazar ertəsi mətbuata açıqlama verib.

“Ümumilikdə 36 nəfər həlak olub. Onlardan 32-si Çin, qalan dördü isə Şimali Koreya vətəndaşlarıdır. Daha iki Çin vətəndaşı ağır travma alıb. Vəziyyət çox ağırdır”-deyə Lu Kan vurğulayıb.

 

Nazirin sözlərinə görə Çin Şimali Koreyadakı həmkarları ilə vəziyyətlə bağlı sıx əlaqə saxlayır.

Qeyd edək ki, turistləri daşıyan avtobus körpüdən aşıb. Hadisə Şimali Koreyanın Xvanxe-Pukto əyalətində baş verib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü