Modern.az

“500 kiloqram pomidor yığanın hesabatla məşğul olmağa vaxtı yoxdur” – Deputatdan TƏNQİD

“500 kiloqram pomidor yığanın hesabatla məşğul olmağa vaxtı yoxdur” – Deputatdan TƏNQİD

Aktual

23 Aprel 2018, 14:43

“Bir cümlədə ki, üç yerdə nəzarət sözü keçirsə, demək bunun axırı yaxşı qutarmayacaq. Mən üzr istəyirəm, 500 kiloqram pomidoru yığanın, qoyunu otaranın vaxtı varmı ki, hesabatlarla məşğul olsun?

 

Sertifikat, imtahan deyən kimi müəyyən problemlər ortaya çıxır. Mən xahiş edirəm ki, sözümdən inciməyin. Burada rayonlardan seçilən deputatlar bu məsələləri yaxşı bilirlər”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

 

O bildirib ki, mühasiblərin imtahan verməsini inqilabi formada yox, başqa formada etmək lazımdır.

 

“Bu əvvəlcədən böyük bizneslərə tətbiq olunsun. Mikro və kiçik sahibkarlara elə şərait yaradaq ki, problemlər ortaya çıxmasın.Yəni, mümkün qədər bunu sadə edək. Bu gün dövlətin siyasəti odur ki, Azərbaycanda kiçik və orta sahibkarlıq inkişaf etdirilsin”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü