Modern.az

Donald Trampdan Makrona maraqlı hədiyyə  

Donald Trampdan Makrona maraqlı hədiyyə   

Aktual

24 Aprel 2018, 00:24

Tramp Fransanın verilən palıd ağacına qarşılıq olaraq bu ölkəyə stul üzlüyü hədiyyə edəcək. 

Modern.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və və onun xanımı Melaniya belə qərara gəliblər ki, Fransa rəhbəri Emanuel Makrona Ağ Evin Mavi otağında çərçivəyə salnmış stul üzlüyünün hissəsini verəcək.

Məlumata görə, ABŞ prezidentinin xanımı Fransa liderinə belə hədiyyənin verilməsini hələ aylar öncədən düşünüb.

Bu üzlük 1817-1825-ci illdərdə Ağ Evdə yaşamış ABŞ-ın beşinci prezidenti Ceyms Monro üçün fransız Pyer Antuan Belanje tərəfindən hazırlanıb. 

Makron bununla yanaşı fofoalbom və Melaniya və Donlad Tramp tərəfindən imzalanmış Tifanny and Go şirkəti tərəfindən hazırlnamış gümüş qab da hədiyyə alacaq.

Təntənəli şam yeməyinin təfərrüatlarını da Melaniya öz üzərinə götürüb. Prezident öz boş vaxtı olmadığı üçün bu məsuliyyətli vəzifəni xanımına etibar edib.

Xatırladaq ki, Makron bu gün ABŞ-da rəsmi səfər edir. O hədiyyə olaraq Trampa Fransanın şimalından, Amerika ordusu tərəfindən İkinci Dünya müharibəsinin başlandığı yerdən palıd ağacı aparır. Makron hesab edir ki, prezidentlərin Amerika liderinin bağında əkəcəkləri ağac iki ölkə arasında olan uzun münasibətlərin simvolu olacaq.




Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü