Modern.az

Özəl tibb müəssisələrindən ciddi şikayətlər var – RƏSMİ

Özəl tibb müəssisələrindən ciddi şikayətlər var – RƏSMİ

Aktual

24 Aprel 2018, 12:33

“2017-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatına daxil olan bir sıra müraciətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilmiş ciddi pozuntular, qiymətlərin olduqca baha olması, müalicənin nəticəsiz qalması kimi hallar öz əksini tapıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova parlamentin iclasında deyib.

 

O bildirib ki, həkim-xəstə münasibətlərinə ciddi yanaşılmalı, xəstələrin, o cümlədən, həkim müalicəsindən ziyan çəkən pasiyentlərin hüquqlarının təmin edilməsi üzrə yeni qanunvericilik aktlarının qəbul edilməsi lazımdır.

 

“Müalicə prosesində qarşılıqlı vəzifələri müəyyən edən müqaviləli sistemə keçidin sürətləndirilməsi zəruridir"-deyə Ombudsman bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü