Modern.az

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO

Mədəni̇yyət

24 Aprel 2018, 15:38

Prezident İlham Əliyevin sərəncamına əsasən, dünən ekologiya və təbii sərvətlər naziri təyin edilən Muxtar Babayev tanınmış ailənin oğluymuş.

Modern.az-ın məlumatına görə, Muxtar Babayevin anası şair-bəstəkar İzolda Babayevadır.

İzolda Babayeva bir neçə tanınımş mahnının müəllifidir. Onun mahnılarını xalq artisti Şövkət Ələkbərova, İlhamə Quliyeva, Almaz Ələsgərli Fidan Hacıyeva və digər məşhur sənətçilər ifa edib.

Dövlət Televiziyasına müsahibələrinin birində İzolda Babayeva bunları deyib:

“Heç vaxt müəllim olmaq istəməmişəm. Həkim olmaq ən böyük arzum olub. Anam da həkim idi. Birinci dəfə qəbul oluna bilmədim. Bir il onkoloji poliklinikada çalışdım. Amma həkimlik sənətini çox sevirəm.  Qızım da həkimdir. İkinci dəfə  o zamankı Axundov adına Pedaqoji Universitetə qəbul olundum.  Müəllim kimi çalışandan sonra anladım ki, müəllimlikdən gözəl peşə yoxdur”.

Müsahibənin tam versiyasını təqdim edirik.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır