21 avqust 2018, Çərşənbə
Ana Səhifə - QARABAĞ - Qarabağ cəbhəsində hər an döyüş başlaya bilər  
Qarabağ cəbhəsində hər an döyüş başlaya bilər  
25.04.2018, 12:55

Son günlər Ermənistan gündəmi çalxalanır. Aprelin 13-də Ermənistanın baş naziri seçilən Serj Sarkisyan vəzifəsinin icrasını yarımıq qoymalı oldu. Vəziyyət o həddə gəlib çatdı ki, ölkəni bürüyən etiraz aksiyalarına görə Sarkisyan baş nazir postundan istefa verdi.

Sarkisyanın hakimiyyətdən getməsi Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək?

Ermənistandakı gərgin vəziyyətin fonunda cəbhədə hərbi əməliyyatlar başlaya bilərmi?

Bəziləri münasib fürsət yarandığını, Azərbaycan Ordusunun cəbhədə hərbi əməliyyatlara başlamalı olduğunu iddia edir.

Hərbi ekspert, ehtiyatda olan polkovnik  Şair Ramaldanov Modern.az-a deyib ki, cəbhədə hər an hərbi əməliyyatların başlamasını gözləmək olar.

“Bu prinsip Sarkisyanın əksinə işlədi”

“Ermənistanda hansısa rəhbər dəyişsə də, siyasət dəyişməyib. Biz müharibə şəraitindəyik. Heç kim deyə bilməz ki, cəbhədə hərbi əməliyyatlar başlaya bilməz. Hər an döyüşlər başlaya bilər. Hər gün cəbhədə atəşkəs 100 dəfədən çox pozulur. Bunun özü də cəbhədə sakitliyin olmadığını göstərir. Sadəcə,  Serj Sarkisyan son zamanlar barışmaz, qeyri-konstruktiv mövqe tuturdu. Hətta danışıqlardan imtina etmişdi və belə bir şərt qoymuşdu ki, Azərbaycan güzəştə getməsə, Ermənistan danışıqlara gəlməyəcək. Bu, daxili auditoriyaya hesablanmış prinsip idi. Amma bu da Sarkisyanın əksinə işlədi. Cəbhədə hər an hərbi əməliyyatların başlamasını gözləyirik. Silahlı Qüvvələrimiz hər an istənilən təxribatın qarşısını almağa hazırdır. Eyni zamanda, geosiyasi vəziyyət dövründə Azərbaycan üçün yaşıl işıq yana bilər. Biz də o vəziyyətdən istifadə etməklə işğal altında olan torpaqlarımızı azad etməliyik. Azərbaycan nə qədər sülh variantına çalışsa da, buna ümid etmək çox azdır. Yalnız güc variantı və Silahlı Qüvvələrin köməyi ilə torpaqlarımızı azad edə bilərik. Yenə təkrar edirəm. Ermənistan rəhbərinin dəyişməsi hakimiyyətin dəyişməsi demək deyil. Ona görə də hər hansı təxribatların qarşısını almağa hazır olmalıyıq”.

“Heç bir erməni anası övladının Qarabağda xidmət etməsini istəmir”

Ehtiyatda olan polkovnik düşünür ki, Qarabağ münaqişəsinin uzanması Ermənistanı hər gün bir az geri atır:

“Qarabağ problemi Azərbaycan cəmiyyətini birləşdirirsə, Ermənistan cəmiyyətini parçalayır. Ona görə də müxalifət qüvvələri Ermənistanda olan sosial problemlərə, iqtisadiyyatın çökməsinə, miqrasiyanın yaratdığı fəsadlara Qarabağ prizmasından baxırlar. İnsanların ölkədən çıxıb getməsinin səbəbləri içində sosial problemlər yer alsa da, heç bir erməni övladını Qarabağ bölgəsinə göndərmək istəmir. Bu da insanların ölkədən getməsinə səbəb olur. Hər bir erməni ailəsi çalışır ki, övladı Ermənistanda xidmət etsin, bircə Qarabağda xidmət etməsin. Bu da mümkün deyildi. Çünki Ermənistan Qarabağı işğalda saxlayır”.

“Üçüncü dövlətlər münaqişənin həllinə imkan vermirlər”


Ramaldanov deyir ki, Ermənistan əhalisinin Sarkisyana nifrət etməsi önündə   beynəlxalq layihələrdən təcrid olunma da dayanır:


“Bu faktlar da ölkə iqtisadiyyatını sıfıra endirirdi. Bilirik ki, əgər Ermənistanla Azərbaycanın münasibətləri dostluq şəraitində keçsəydi, işğalçı dövlət bütün layihələrin içində olardı.  Prezident İlham Əliyevin belə bir sözü var: əgər Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan əldə olan imkanları hesabına qısa bir zamanda işğlaçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa edəcək.

 

25 ildir ki, beynəlxalq təşkilatlar münaqişəyə göz yumur. Belə görünür ki, məsələ sülh yolundan hərb variantına gəlib çıxır. ATƏT-in Minsk qrupunun illərdir ki, gəlib-getməsinin heç bir əhəmiyyəti yoxdur. Minsk qrupu üzvlərinin bölgəyə səfəri turist gəzməsinə dönüb. Ona görə də üçüncü dövlətlər burada maraq sahibidir və münaqişənin həllinə imkan vermirlər”.

 

 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Manata psixoloji təzyiq - Azərbaycanda dollara yüksələcək
21.08.2018, 10:00

Manata psixoloji təzyiq - Azərbaycanda dollara yüksələcək

Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb
21.08.2018, 09:40

Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ
21.08.2018, 09:33

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu
21.08.2018, 09:14

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi
21.08.2018, 08:50

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu
21.08.2018, 08:38

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb
21.08.2018, 08:29

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
21.08.2018, 08:25

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Qızlar komandamızın baş məşqçisi ailə həyatı qurur
21.08.2018, 08:23

Qızlar komandamızın baş məşqçisi ailə həyatı qurur

“Taliban” Moskva görüşündə iştiraka razılıq verib
21.08.2018, 01:02

“Taliban” Moskva görüşündə iştiraka razılıq verib

Piyada yol qəzasında öldü
21.08.2018, 00:47

Piyada yol qəzasında öldü

Dənizə düşən qadın 10 saat sağ qaldı
21.08.2018, 00:33

Dənizə düşən qadın 10 saat sağ qaldı

Bitkoin 6.4 min dollaradək bahalaşıb
21.08.2018, 00:20

Bitkoin 6.4 min dollaradək bahalaşıb

Əməkdar artist 77 yaşında vəfat etdi
21.08.2018, 00:06

Əməkdar artist 77 yaşında vəfat etdi

Kvars qol saatlarının yaradıcısı öldü
20.08.2018, 23:53

Kvars qol saatlarının yaradıcısı öldü

Yanğın bir ailəni evsiz qoydu
20.08.2018, 23:36

Yanğın bir ailəni evsiz qoydu

Türkiyə  ABŞ-a qarşı mövqe tutur
20.08.2018, 23:18

Türkiyə  ABŞ-a qarşı mövqe tutur

Dolları lirəyə çevirib ev alana MAŞIN hədiyyə edildi
20.08.2018, 23:04

Dolları lirəyə çevirib ev alana MAŞIN hədiyyə edildi

Okeanda təhlükəli virus
20.08.2018, 22:51

Okeanda təhlükəli virus

Zəlzələdə ölənlərin sayı 506 nəfərə çatdı
20.08.2018, 22:37

Zəlzələdə ölənlərin sayı 506 nəfərə çatdı

Avropa Azərbaycanlıları Konqresi aydınlıq gətirdi
20.08.2018, 22:24

Avropa Azərbaycanlıları Konqresi aydınlıq gətirdi

Türkiyədə ABŞ səfirliyinə atəş açan daha bir nəfər  tutuldu
20.08.2018, 22:13

Türkiyədə ABŞ səfirliyinə atəş açan daha bir nəfər  tutuldu

Sələmə pul götürüb evini itirir - VİDEO
20.08.2018, 21:49

Sələmə pul götürüb evini itirir - VİDEO

“Kalaşnikov” yeni avtomat istehsal edəcək
20.08.2018, 21:34

“Kalaşnikov” yeni avtomat istehsal edəcək

Belarusda qeyri-adi təbiət hadisəsi - VİDEO
20.08.2018, 21:20

Belarusda qeyri-adi təbiət hadisəsi - VİDEO

İki milyard insan aclıqdan əziyyət çəkir
20.08.2018, 21:06

İki milyard insan aclıqdan əziyyət çəkir

İçməli sudan 1000-dən çox insan zəhərləndi
20.08.2018, 20:52

İçməli sudan 1000-dən çox insan zəhərləndi

Yüksək bal toplayan abituriyentlər üçün təlim düşərgəsi
20.08.2018, 20:41

Yüksək bal toplayan abituriyentlər üçün təlim düşərgəsi

Apteklərdən imtina edildi
20.08.2018, 20:26

Apteklərdən imtina edildi

“Neft Daşları”nda müşavirə
20.08.2018, 20:14

“Neft Daşları”nda müşavirə

Türkiyədə diplomatların təhlükəsizlikləri gücləndirilib
20.08.2018, 20:01

Türkiyədə diplomatların təhlükəsizlikləri gücləndirilib

Monteneqroda meşə yanğını başlayıb
20.08.2018, 19:53

Monteneqroda meşə yanğını başlayıb

Bakıda heyvanları daşıyan yük maşını aşdı, 3 baş heyvan öldü - FOTO
20.08.2018, 19:13

Bakıda heyvanları daşıyan yük maşını aşdı, 3 baş heyvan öldü - FOTO

Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı bir nəfər saxlanıldı
20.08.2018, 19:02

Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı bir nəfər saxlanıldı

Azərbaycan prezidenti hindistanlı həmkarına başsağlığı verdi
20.08.2018, 18:33

Azərbaycan prezidenti hindistanlı həmkarına başsağlığı verdi

ARXİV