Modern.az

Deputat sosial işin tədrisinə aid konfransda iştirak edib.

Deputat sosial işin tədrisinə aid konfransda iştirak edib.

26 Aprel 2018, 13:26

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri , siyasi elmlər doktoru, professor Hadi Rəcəbli 26 aprel tarixində Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Sosial iş İctimai birliyinin təşkilatçılığı ilə keçirilmiş “Postsovet ölkələrində Sosial iş: Sosial iş təhsilində nailiyyətlər və problemlərə dair” 4-cü elmi-praktik konfransda iştirak edib.

 

Modern.az xəbər verir ki, komitə sədri eyni zamanda Sosial iş məktəblərinin Beynəlxalq Assosiyasiyasının Prezidenti, professor Annamariya Kampaninni ilə görüşmüş, sosial iş istiqamətində həyata keçirilən ayrı-ayrı ölkələrdəki tədbirlərdən söz açılmışdır. Daha sonra konfransda çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli Azərbaycanda mövcud sosial siyasət,  2011-ci ildə qəbul olunmuş “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunundan danışmış, konfransın işinə uğurlar arzulayıb.

 

Sonda komitə sədri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bu sahədə gördüyü işlərlə əyani tanış olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü