18 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - CƏMİYYƏT - “Təsərrüfat işlərində mütləq erməni nökərimiz olurdu” - Şuşa sakini 26 il öncədən DANIŞIR  
“Təsərrüfat işlərində mütləq erməni nökərimiz olurdu” - Şuşa sakini 26 il öncədən DANIŞIR  
08.05.2018, 12:22

Bu gün Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 26-cı  ili tamam olur.

O Şuşa ki, 1992-ci il may ayının 7-dən 8-nə keçən gecə  işğal olunub.

300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. İşğal  zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı darmadağın ediblər...

Modern.az saytı Şuşanın işğal günündə şuşalılarla həmsöhbət olub. Növbəti müsahibimiz Natilla Əşrəfovadır. Şuşa işğal olunanda Natilla Əşrəfovanın 29 yaşı olub. Şuşadan olan müsahibimiz şuşalı günlərini belə xatırlayır.

“Biz onları heç vaxt saymamışıq”

“Şuşa rəsmən 1992-ci ildə işğal olundu. Halbuki, ermənilərin Şuşaya qarşı təxribatları 1988-ci ildən başlamışdı. Yadımdadır ki, 1988-ci ildə belə xəbər yayıldı. “Şuşanın ətrafında ağ bayraqlar asılıb”. Biz bunun nə demək olduğunu bilmirdik. Sonradan bəlli oldu ki, ermənilər ağ bayraqları asmaqla şuşalıları Şuşanı təslim etməyə çağırırmışlar. Amma ermənilərin bu mənfur addımını şuşalılar qəbul etmirdilər. Necə yəni axı?!.. Şuşanı kiməsə könüllü təslim etmək?!.. Bu o demək olardı ki, biz onların nökəri oluruq. Halbuki, biz onları heç vaxt saymamışıq. O vaxtlar bir çox işləri onlara tapşırırdıq. Təsərrüfat işlərimizdə mütləq erməni nökərimiz olurdu. Ona görə də biz heç vaxt ermənilərə Şuşanı ərməğan etmək barədə düşünməzdik”.

“Ermənilər Şuşaya göz dikmişdilər”

Müsahibimiz deyir ki, Şuşada o qədər tarixi yerlərimiz vardı ki!...

“Ermənilərin Topxana meşəsini qırmaları barədə tez-tez xəbərlər eşidirdik. Bizim evimiz Topxana meşəsi ilə üzəbüz idi. Şuşada tarixi yer olan Qızılqaya vardı.  Qızılqayaya gedəndə öz səsimizin əks-sədası eşidilirdi. Tez-tez gedib “Qızılqaya-Qızılqaya, qızılın var?!” deyirdik.  O da bizə “var” deyirdi. Elə bilirdik ki, o qaya həqiqətən də bizə cavab verir. Həmin qayada 1750-ci ildə Pənahəli xan özü üçün sığınacaq tikmişdi

Qızılqaya ilə Cıdır düzü arasında Daşaltı çayı axırdı. Hətta o vaxtlar Qızılqayadan Cıdır düzünə kanat yolu çəkmək ideyası vardı. Ermənilər isə Şuşaya göz dikmişdilər. Meşələri qırmaqla məşğul idilər. Eşitdiyimizə görə meşələri qırıb silah anbarı tikmək istəyirdilər”.
 


“Xocalı faciəsi belə bizi qorxutmadı”

Natilla Əşrəfovanın sözlərinə görə, ermənilər həmişə mənfur əməlləri ilə seçilib. Buna baxmayaraq, Xocalı faciəsindən sonra heç bir şuşalı Şuşanı tərk etmək barədə düşünmədi.

“Anam Şuşa uşaq sanatoriyasında çalışırdı. Orada çalışanların çoxu erməni idi. Anam deyir ki, ermənilər təxribat törətməklə məşğul idilər. “Siz onsuz da Şuşadan çıxacaqsız. Şuşa ermənilərindir. Siz gedəcəksiz və biz burada işləyəcəyik”. Bu cür təxribat xarakterli fikirlər səsləndirirdilər.  Ermənilər insanları çox incidirdi.

İnanın ki, heç bir şuşalı Şuşanın itirilməsi, təslim olması barədə düşünmürdü. Bizim qaldığımız evdən o tərəfə ev yox idi. Ermənilərin məskunlaşdığı kəndi görə bilirdik. Pəncərədən baxanda ermənilərin “Alazan” raketi atdığını görürdük. Hətta təxmini hara atdıqlarından da xəbərdar idik. Buna baxmayaraq, Şuşanın təslim olacağının xəyalını belə etmirdik. Baş verən hər hadisədə özümüzü qalib hiss edirdik”.

Müsahibimiz deyir ki, o zamanki hakimiyyətin uğursuz rolu Şuşanın işğalını sürətləndirdi.

“1992-ci ilin fevralında Şuşanın Malıbəyli və Quşçular kəndi ermənilər tərəfindən yandırılıb. O vaxtlar müdafiə naziri Rəhim Qazıyev guya ki,  Şuşada idi. Malıbəyli kəndi yanan zaman ona zəng vurduq, vəziyyəti izah etdik. Halbuki, o, hər şeyi daha yaxşı bilməli idi. Hadisələrə laqeyd yanaşırdı. Rəhim Qazıyev guya ki, hakimiyyət nümayəndəsi idi. Amma heç bir işə yaramırdı. “Şuşa getsə başıma güllə vuraram” deməsi də yadımdadır. Hətta onun yaralanması da bir təxribat idi. Düzü, o vaxtlar Şuşanın əldə saxlanılması ilə bağlı nəsə edəcəyinə ümidli idik. Bizə o qədər vədlər vermişdi ki!.. Şuşanın özünümüdafiə dəstələri vardı. Şuşa özünü müdafiə etməyə çalışırdı. Bütün bunlara baxmayaraq, Şuşa əlimizdən getdi”.

 


VIDEO
Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı
18.06.2018, 23:01

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı

Azərbaycan 144 ölkədən mal idxal edib
18.06.2018, 22:44

Azərbaycan 144 ölkədən mal idxal edib

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO   
18.06.2018, 22:31

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO  

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...
18.06.2018, 22:14

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO
18.06.2018, 21:56

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub
18.06.2018, 21:42

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub

Yeni icra başçısının DOSYESİ açıqlandı
18.06.2018, 21:42

Yeni icra başçısının DOSYESİ açıqlandı

Tramp müharibədən danışdı
18.06.2018, 21:27

Tramp müharibədən danışdı

Dünya Çempionatı-2018: Belçika debütantı qol yağışına tutdu - FOTOLAR
18.06.2018, 21:09

Dünya Çempionatı-2018: Belçika debütantı qol yağışına tutdu - FOTOLAR

Tanınmış hüquqşünas faciəli şəkildə öldü – VİDEO
18.06.2018, 20:53

Tanınmış hüquqşünas faciəli şəkildə öldü – VİDEO

Kompüter oyunlarına aludəçilik rəsmi şəkildə xəstəlik kimi tanındı
18.06.2018, 20:43

Kompüter oyunlarına aludəçilik rəsmi şəkildə xəstəlik kimi tanındı

Keçmiş məhkum narkotiklə saxlanıldı
18.06.2018, 20:31

Keçmiş məhkum narkotiklə saxlanıldı

“Bu ölkədə kişi yoxdur” - Erməni gənc qız Azərbaycanı istəyir - VİDEO
18.06.2018, 20:19

“Bu ölkədə kişi yoxdur” - Erməni gənc qız Azərbaycanı istəyir - VİDEO

Ağsuda dərəyə aşan avtomobilin sürücüsü öldü
18.06.2018, 20:04

Ağsuda dərəyə aşan avtomobilin sürücüsü öldü

Palata: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır
18.06.2018, 17:58

Palata: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır"

DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi
18.06.2018, 17:50

DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi

Aykut Kocaman “Fənərbağça”dan qovuldu
18.06.2018, 17:38

Aykut Kocaman “Fənərbağça”dan qovuldu

Hökumət Makedoniyanın yeni adı ilə bağlı qanun layihəsini təsdiqlədi
18.06.2018, 17:25

Hökumət Makedoniyanın yeni adı ilə bağlı qanun layihəsini təsdiqlədi

Türkiyə ordusu Mənbicə daxil oldu
18.06.2018, 17:12

Türkiyə ordusu Mənbicə daxil oldu

Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq
18.06.2018, 17:00

Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq

Salyan sakini intihar edib
18.06.2018, 16:52

Salyan sakini intihar edib

“Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”  
18.06.2018, 16:36

Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir  

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər
18.06.2018, 16:22

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı
18.06.2018, 16:11

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

18.06.2018, 15:48

"Lotu Quli"nin adamları saxlanıldı - ƏMƏLİYYAT

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb
18.06.2018, 15:36

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO
18.06.2018, 15:14

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi
18.06.2018, 15:00

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib
18.06.2018, 14:45

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək
18.06.2018, 14:29

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək

İŞİD Suriyada əsas istinadgahını itirib
18.06.2018, 14:18

İŞİD Suriyada əsas istinadgahını itirib

Güclü külək və leysan 500 ailəyə ziyan vurub
18.06.2018, 14:07

Güclü külək və leysan 500 ailəyə ziyan vurub

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  
18.06.2018, 13:47

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  
18.06.2018, 13:32

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  

Ötən gün 76 cinayət faktı qeydə alınıb
18.06.2018, 13:14

Ötən gün 76 cinayət faktı qeydə alınıb

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.2%)
Braziliya(17.4%)
Almaniya(15.1%)
İngiltərə(5.81%)
Portuqaliya(12.7%)
İspaniya(4.65%)
Fransa(4.65%)
Belçika(1.16%)
Seneqal(2.32%)
Rusiya(19.7%)