Modern.az

“Yaroslav Mudrıy” “Harry Truman”dan əl ÇƏKMİR: “Siçan-pişik” OYUNU

“Yaroslav Mudrıy” “Harry Truman”dan əl ÇƏKMİR: “Siçan-pişik” OYUNU

15 May 2018, 10:34

ABŞ-ın ən böyük təyyarədaşıyan gəmilərindən biri “Harry Truman” tapşırıqları icra etmək üçün dənizə çıxanda onu xəritə və aparatların köməyi ilə izləmək mümkün olmur.

 

Modern.az saytının hərbi nəşrlərə istinadən məlumatına görə, “Harry Truman”ı nəzarətdə saxlamağı yalnız Rusiya bacarır.

“Harry Truman” hələ ki, Aralıq dənizinin şərqində öz missiyasını yerinə yetirir və ABŞ esminesi onu müşayiət edir.

Amma məsələ orasındadır ki, Amerikanın dənizdəki bu silahlı güclərini Rusiya freqatları izləyir.

 

Aralıq dənizi böyük güclər üçün strateji əhəmiyyətə malik bir regiondur. Kremlin və Vaşinqton arasında münasibətlər gərginləşəndə Aralıq dənizindəki əlaqə xətləri açıq qalır.

 

Rusiyanın “Yaroslav Mudrıy” hərbi gəmisinin bort nömrəsi 777-dir. Bu gəmi aprel ayında Böyük Britaniyanın sahil xəttinə yaxınlaşmışdı. Həmin vaxt Britaniyanın Kral hərbi donanmasının “MS St Albans” gözətçi gəmisi La-Manş boğazına “Yaroslav Mudrıy”ı izləmək üçün göndərilmişdi.

 

ABŞ analitikləri hesablama aparıb ki, iki il bundan qabaq “Harry Truman” Aralıq dənizində olarkən, Rusiya gəmiləri onun əməliyyat keçirməsinə maneə yaradıblar.

Lakin bu da bəllidir ki, ABŞ-ın təyyarədaşıyan gəmiləri İŞİD qruplaşmasının Suriyada məğlubiyyətə uğradılmasında böyük rol oynadı.

 

“Harry Truman” böyük bir gəmidir, bura 5 mindən çox insan yerləşdirilib. Bu gəminin Aralıq dənizində nə qədər qalacağını bilmək olmaz. Bəzi ekspertlər bildirir ki, “Harry Truman” gəmisi Aralıq dənizində müddətsiz qalacaq.

 

Belə həyəcan təbili də çalınır ki, ABŞ-ın Rusiya, İran, Suriya rejimi ilə gərgin münasibətlərinə görə, Ağ Ev bu region üzərindən müxtəlif hərbi hərəkətlər həyata keçirmək planları üzərində işləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü