Modern.az

Türkiyənin ABŞ-dakı səfiri geri çağırıldı

Türkiyənin ABŞ-dakı səfiri geri çağırıldı

Aktual

16 May 2018, 19:12

Türkiyənin Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Serdar Kılıç Ankaraya çağrılıb.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, İsrail və Fələstin arasındakı toqquşmalara görə, Vaşinqton və Tel-Əvini ittiham edən Ankara ABŞ-dakı səfirini müvəqqəti olaraq Ankaraya çağrılıb. Səfirin bundan sonrakı siyasi proseslərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparılacağı bildirilib. Səfir baş verən olayların ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qəzzaya köçürülməsindən sonra başladığını vurğulayıb.

Qeyd edək ki, son bir neçə gün ərzində Qəzza zolağındakı toqquşmalarda öldürülən fələstinlilərin sayı 63-ə çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü