Modern.az

Beynəlxalq istintaq: “Malayziya təyyarəsini separatçılar vurub”

Beynəlxalq istintaq: “Malayziya təyyarəsini separatçılar vurub”

24 May 2018, 16:08

Ukrayna hava məkanında vurulmuş Malayziyaya aid Boinq AN-17 təyyarəsi Rusiyaya aid “Buk” zenit raket kompleksi tərəfindən vurulub.

 

Modern.az “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkil edilmiş birgə istintaq qrupu qərara alıb.

Lakin istintaq bunu kimin və nəyə görə etdiyini müəyyənləşdirə bilməyib.

 

Bu barədə mayın 24-də mətbuat konfransında Hollandiyalı prokuror Fred Vesterbeke bəyanat verib.

“Bizim əsas nəticəmiz bundan ibarətdir ki, MN-17 həmin an rus separatçılarının əlində olan Pervomayskiy yaşayış məntəqəsindən “Buk” ZRK-dan vurulub. Biz gözəçarpacaq dərəcədə təhqiqatda irəliləmişik amma hələki Boinqi kimin və nəyə görə vurduğunu dəqiq deyə bilmirik” – Vesterbeke bildirib.

Prokurorun sözlərinə görə təyyarəni vurmuş ZRK-nı Rusiya ərazisindən Ukraynaya gətirilib və sonra da geri aparılıb.

 

Vesterbeke həmçinin bildirib ki, istintaq lap əvvəldən Rusiya tərəfindən bu komplekslərin hərəkəti barədə məlumat istəyib. Onun fikrincə bu istintaqa kömək eliyəcək ən vacib məsələlərdən olsa da Rusiya tərəfi bu informasiyanı təqdim etməyib.

 

Konfransda həmçinin kompleksin döyüş sursatının hadisə yerindən tapılmış qalıqları da nümayiş etdirilib.

Qeyd edək ki, Malayziyaya aid Boinq AN-17 təyyarəsi Ukrayna hava məkanında 17 iyul 2014-cü il tarixdə vurulub. Faciə nəticəsində ümumilikdə 10 ölkənin 298 vətəndaşı həyatını itirib. Onlardan 283-i sərnişin, 15-i isə heyət üzvləri olub.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü