Modern.az

NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi kəşfiyyatçıların təlimini izləyib - FOTOLAR

NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi kəşfiyyatçıların təlimini izləyib - FOTOLAR

Aktual

24 May 2018, 18:56

Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, MN-in general heyəti ilə birgə Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi, diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri təlimi izləyiblər. 

Təlim mayın 25-də sona çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü