21 fevral 2019, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - ABŞ konsulu: “Azərbaycandakı “Greencard” agentliklərinin ABŞ səfirliyilə əlaqəsi yoxdur” - MÜSAHİBƏ  
ABŞ konsulu: “Azərbaycandakı “Greencard” agentliklərinin ABŞ səfirliyilə əlaqəsi yoxdur” - MÜSAHİBƏ  
25.05.2018, 09:11

Ceremi Litl: “Birbaşa ABŞ-ın səfirliyilə danışa bilərsiniz və fərqli şirkətlərin xidmətindən istifadə etmək lazım deyil”

 

ABŞ-ın Bakıdakı konsulu Ceremi Litl “Greencard”la bağlı Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

- Biz istərdik ki, siz “Greencard”la bağlı 2018-ci ilin nəticələrini aydın izah edəsiniz. Nə qədər azərbaycanlı bu lotereyanı uddu?

 

- Biz son zamanlar azərbaycanlıların “Greencard” almaq üçün müraciətlərinin çoxaldığının şahidi oluruq. Hər il bu lotereyanı udan azərbaycanlıların sayı artır. Ötən ilin nəticələrinə görə, 434 azərbaycanlı bu lotereyanı udmuşdu. Bu il isə “Greencard” lotereyasını udan azərbaycanlıların sayı 916 oldu.

2016, 2017, 2018-ci illər üzrə Azərbaycandan müraciət edənlərin sayı hələ ki, açıqlanmır. Bu barədə son statistik rəqəm 2015-ci ilə aiddir. Həmin il Azərbaycandan “Greencard” almaq üçün müraciət edənlərin sayı 13 min 986 nəfər olub.

 

- Mən heç vaxt Amerikada olmamışam. Mənim üçün maraqlıdır, niyə insanlar hamısı ABŞ-a getmək və ya oranın vətəndaşı olmaq istəyir?

 

- Bu suala cavab vermək üçün yalnız öz fikirlərimdən istifadə edəcəyəm. Mən immiqrasiya sahəsində 12 ilə yaxındır ki, fəaliyyət göstərirəm. Mənim üçün Azərbaycana gəlib Azərbaycanda fəaliyyət göstərmək öz karyeramda inkişafa nail olmaqdır. ABŞ-a getmək istəyən insanların istəyinə gəlincə, bu, öz-özlüyündə maraq kimi təsbit oluna bilər. ABŞ-da peşəkarlar üçün öz fəaliyyətlərini davam etdirməyə çoxsaylı imkanlar mövcuddur. Bu cür insanlar sözügedən imkanlardan yararlanaraq peşəkarcasına öz karyeralarını yüksəldə bilərlər. Bunun əldə olunması üçün yollar var. “Greencard” lotereyası da bu yollardan biridir.

 

- Fərz edək ki, mən “Greencard” üçün müraciət etdim və qalib oldum. Qeyd etdiniz ki, ABŞ iş üçün geniş imkanlar açır. Bəs söhbət hansı növ işlərdən gedir?

 

- Hər şey sizin özünüzdən, əldə etdiyiniz bacarıqlardan, görə biləcəyiniz işlərdən asılıdır. Bir amil də var – bu da bəxt amilidir. Yaddan çıxarmayaq ki, “Greencard”ı əldə etmək üçün şans amili də ön plandadır.

Mən səfirliklərdə işləyən həmkarlarımla da rastlaşmışam, məlum olub ki, onlar da vaxtı ilə ABŞ-a “Greencard” vasitəsi ilə köçüblər. Ehtimalla demək olar ki, əgər siz müəyyən sahədə püxtələşmiş peşəkarsınızsa, ABŞ-a köçərkən bu sahədə işlərinizi uğurla davam etdirə bilərsiniz.

Universitetə təzə qəbul olunmusunuzsa və bundan sonra ABŞ-a gedirsinizsə, Amerika universitetində öz təhsilinizi davam etdirə bilərsiniz. Amerikanın ümumiyyətlə peşəkarlara ehtiyacı var və insanların işləməsi üçün də geniş imkanlar var.

 

- Bəziləri “Greencard”ın nəticələri açıqlananda narazılıq etdilər, axtarış sistemində problem olduğunu bildirdilər.

 

- Narazılıq doğuran məqamlar barədə spesifik şəkildə söhbət etmək lazımdır. Gəlin, son statistik məlumatlara nəzər yetirək. Bizdə dərc olunan son statistikaya əsasən 11 minə yaxın azərbaycanlı “Greencard” almaq üçün müraciət edib. 11 min nəfərin arasından 400 ya da 500 insan uğur qazanmışdı.

2017-ci ildən danışarkən, bir məqamı diqqətinizə çatdırmaq istərdim. Siz təqdim etdiyiniz məlumatlardan sonra adınızı siyahıya daxil etmək istəyirsiniz. “Greencard”a müraciət etmək prosesində bir neçə mərhələ var. Siz bu mərhələlərdə uğursuzluğa uğraya bilərsiniz. Belə bir inam yarana bilər ki, siz artıq müsahibəyə də çağırılmısınız, lakin mərhələlərin birində uğursuzluğa düçar olmusunuz.

Bundan başqa, müxtəlif agentliklər fəaliyyət göstərir ki, onlar vasitəçilik rolunu oynayırlar. Onlar insanların müraciətlərini götürür və onları təqdim edir.

Siz dediyiniz ayrı-ayrı şikayətlərə gəlincə, düşünürəm ki, bunlara fərdi şəkildə yanaşmaq lazımdır. Bu məqamlar barədə mənə dəqiq məlumatlar lazımdır ki, onları araşdıra bilək.

 

- ABŞ səfirliyinin “Greencard Azerbaijan” şirkəti ilə hər hansı əməkdaşlığı varmı?

 

- Bu, çox yaxşı sualdır. Bu məqam haqqında xüsusilə danışmaq istərdim. Biz Azərbaycanda “Greencard”la bağlı fəaliyyət göstərən agentliklər barədə məlumatlarımız var. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, sözügedən agentliklərlə ABŞ səfirliyinin hər hansı bir əlaqəsi, əməkdaşlığı yoxdur.

Çox acınacaqlı haldır ki, sözügedən agentliklər özlərini ABŞ-ın tərəfdaşlıq etdiyi qurum kimi təqdim edirlər.  Ən vacib şey odur ki, birbaşa ABŞ-ın səfirliyilə danışa bilərsiniz və fərqli şirkətlərin xidmətindən istifadə etmək lazım deyil.

Bu agentliklər vasitəçilik rolunu üzərlərinə götürürlər, insanlardan hazır doldurulmuş formada olan məlumatları götürürlər və onların təqdimatı ilə məşğul olurlar. Sadəcə olaraq bu müraciət formaları bəzən müraciət edənlərin razılığı ilə təqdim oluna bilər. Lakin elə hallar da olur ki, bəzi şəxslərin özü haqqında müraciətlərin verilməsi haqqında məlumatları olmur.

 

- Bu, necə olur?

 

- İstənilən sözügedən agentlik məlumatları aldıqdan sonra müraciətləri daxil edir, “Greencard” siyahısına salır. Nəticə etibarı ilə hər hansı bir şəxs uğur qazana bilər. Bu uğur qazanan şəxsin də əlaqə vasitələri həmin agentliklərdə olur. İnsanlar isə başa düşməlidirlər ki, onlar öz sayələrində uğur qazanıblar, onlara uğur gətirən bir rəqəm var. Amma bundan xəbərləri olmur. Həmin agentliklər isə uğur gətirən rəqəmlərə görə insanlardan minlərlə dollar pul alır. Fərz edin ki, sizə uğur gətirən bir rəqəmi sizdən gizləyirlər. Onlar bu rəqəmin açıqlanması üçün sizdən pul alırlar.

 

- Onlar bəs insanların müraciətlərini Dövlət Departamentinin sisteminə necə daxil edə bilirlər?

 

- Bu, məlumat sisteminin zəifliklərindən biridir ki, təşkilatlar ora məlumatları daxil edə bilir. Nəticə etibarı ilə onların bu sistemə girişləri olur. Onlardan başqa kimsə qalib gələn rəqəmi öyrənə bilməzlər.

Agentliklər görün nə edir?! Onlar sizdən məlumatları alır, onları sistemə daxil edir. Bəzən insanların xəbərləri olmadan onlar haqqındakı məlumatları yenə də sistemə daxil edirlər.

Öz məlumatlarınızı özünüz daxil etmək istəsəniz, sistem 2 bir birilə uyğun görünən məlumat görə bilər. Bu zaman sistem nə edir? Sistem onların 2-ni də diskvalifikasiya edir. Məsələ ondadır ki, həmin agentliklər insanlara məhəl qoymurlar, onların xəbəri olmadan məlumatları sistemə daxil edirlər.

 

Digər bir məsələ də var ki, bu da prosesə xələl gətirir. Fərz edək ki, sizin haqqınızda olan məlumatları 5 il ərzində sizin xəbəriniz olmadan sistemə daxil edirlər. Nəticə etibarı ilə, ola bilər ki, sizin 5-ci il bəxtiniz gətirər və qalib ola bilərsiniz. Amma sizin sosial ya da ailə statusunuzda müəyyən dəyişikliklər ola bilər. 5-ci il sistem sizi qəbul edərkən, görəcək ki, məlumat düzgün daxil edilməyib. Nəticə etibarı ilə siz yenə də uğursuzluğa düçar olursunuz, təsnifatdan keçmirsiniz. “Greencard” agentliklərinin ümumiyyətlə, insanların uğur qazanmasında marağı yoxdur. Onlara maraqlıdır ki, çox sayda insanlar müraciət etsin. Çox müraciət olanda daha çox insanın uğur qazanmaq ehtimalı artır və bu minvalla onlar uğur qazanan insanlardan pul götürə bilirlər.

 

Biz həmişə bir məqamı vurğulayırıq ki, sizin “Greencard” lotereyasına aid olan sənədlərinizi məhz özünüz təqdim etməlisiniz. Bu, bir növ sizi sığortalayır. Bu baxımdan ki, siz müəyyən bir vaxtda agentlik vasitəsi ilə müraciət etmisinizsə, onlardan məlumatlarınızı almaq çətin olacaq. Bir şeyi də bilirik ki, sözügedən agentliklər bir-birilə əlbirdirlər. Bunlar böyük bir şəbəkə təşkil edirlər.

 

- ABŞ gələcəkdə “Greencard” almaq üçün şərtləri sadələşdirə bilərmi?

 

- Bu, bir çoxlarının arzusudur ki, viza alınması prosesi sadələşdirilsin. Amma bunun necə edilməsi öz-özlüyündə böyük bir sualdır. Biz də arzularımızı elə qaydada həyata keçirməliyik ki, mövcud sistemin tamlığını qoruya bilək. Bilirəm ki, ABŞ-da inteqrasiya məsələləri ilə bağlı müəyyən siyasi dairələrdə söhbətlər gedir. Lakin, bunun necə edilməsi kifayət qədər mürəkkəb məsələdir.

 

- “Greencard” lotereyasında seçim modeli necədir?

 

- 2 amil vacibdir. Biri orta təhsil haqqında sənədlərin olması, digəri isə iş təcrübəsidir. Digər məsələlər isə sırf kompüter tərəfindən həyata keçirilir, yəni seçimi kompüter edir.

 

- Müraciət sistemində hansı ölkələr ön sıradadır?

 

- 2017-ci ildə zirvədə olan 5 dövlət Efiopiya, Özbəkistan,Ukrayna, Albaniya və Rusiya idi. “Greencard” lotereyası ABŞ-la immiqrasiya istiqamətində zəngin təcrübəsi olmayan dövlətlərin vətəndaşları üçündür. Meksika, Çin, Hindistan kimi dövlətlər bu lotereyada iştirak etmir. Lakin elə dövlətlər var ki, ABŞ-la immiqrasiya sahəsində zəngin təcrübəsi yoxdur, bununla bağlı rəqəmlər kifayət qədər kiçikdir. Məqsəd bundan ibarətdir ki, ABŞ-da yaşayan immiqrantlar arasında müxtəliflik olsun.


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənistanın ən radikal siyasətçisi Qarabağı Ermənistana birləşdirmək istyəir
21.02.2019, 11:27

Ermənistanın ən radikal siyasətçisi Qarabağı Ermənistana birləşdirmək istyəir

Fazil Məmmədov əvvəlki biznesi ilə məşğul olmağa başlayıb   
21.02.2019, 11:18

Fazil Məmmədov əvvəlki biznesi ilə məşğul olmağa başlayıb  

“Khazar” Avtomobil Zavodunda 1000-dən çox avtomobil istehsal olunub
21.02.2019, 11:17

“Khazar” Avtomobil Zavodunda 1000-dən çox avtomobil istehsal olunub

Dini liderlər Xocalı soyqırımı ilə bağlı müraciət yaydılar
21.02.2019, 11:10

Dini liderlər Xocalı soyqırımı ilə bağlı müraciət yaydılar

İlham Əliyev həmsədrləri qəbul etdi  
21.02.2019, 10:59

İlham Əliyev həmsədrləri qəbul etdi  

ABŞ Suriyadan gedir - Türkiyənin addımlarından narahatdır
21.02.2019, 10:57

ABŞ Suriyadan gedir - Türkiyənin addımlarından narahatdır

“Gecə-gündüz xəbər axtarışındayıq” - Metbuat.az 2 yaşını qeyd edir   
21.02.2019, 10:47

“Gecə-gündüz xəbər axtarışındayıq” - Metbuat.az 2 yaşını qeyd edir  

Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü   
21.02.2019, 10:20

Bakıda YANĞIN - Bir ailədən 4 nəfər yandı, 1-i öldü  

“Bütün elmi tətqiqatların son nəticəsi fermerlərə yönəlib”
21.02.2019, 10:18

“Bütün elmi tətqiqatların son nəticəsi fermerlərə yönəlib”

Nohur balıqçılığı ilə bağlı suallar cavablandırıldı
21.02.2019, 10:12

Nohur balıqçılığı ilə bağlı suallar cavablandırıldı

BirBank istifadəçilərinin sayı 400 000-i keçdi
21.02.2019, 10:08

BirBank istifadəçilərinin sayı 400 000-i keçdi

“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək” - Deputatdan xoş XƏBƏR   
21.02.2019, 10:04

“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək” - Deputatdan xoş XƏBƏR  

Ermənilər cəbhədə təxribat törətdi
21.02.2019, 09:57

Ermənilər cəbhədə təxribat törətdi

SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA   
21.02.2019, 09:50

SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA  

“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ
21.02.2019, 09:43

“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ

Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi   
21.02.2019, 09:40

Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi  

Məzahir Süleymanzadəyə ağır itki üz verdi   
21.02.2019, 09:38

Məzahir Süleymanzadəyə ağır itki üz verdi  

Banqladeşdə yanğın nəticəsində 81 nəfər ölüb
21.02.2019, 09:27

Banqladeşdə yanğın nəticəsində 81 nəfər ölüb

“50 min mənzilə çıxarış veriləcək” - Deputat prezidentin sərəncamından DANIŞDI
21.02.2019, 09:05

“50 min mənzilə çıxarış veriləcək” - Deputat prezidentin sərəncamından DANIŞDI

AvroLiqada 1/16 final - Bu gecə 15 görüş keçiriləcək - TƏQVİM  
21.02.2019, 08:55

AvroLiqada 1/16 final - Bu gecə 15 görüş keçiriləcək - TƏQVİM  

Çempionlar Liqasında 1/8 final: “Atletiko” və “Mançester Siti”dən qələbə
21.02.2019, 08:52

Çempionlar Liqasında 1/8 final: “Atletiko” və “Mançester Siti”dən qələbə

Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ  
21.02.2019, 08:42

Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ  

“Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR   
21.02.2019, 08:23

“Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR  

Manat bu gün hansı məzənnədə olacaq?   
21.02.2019, 08:11

Manat bu gün hansı məzənnədə olacaq?  

Dünyada ilk qatlanan ekranlı smartfon
21.02.2019, 00:56

Dünyada ilk qatlanan ekranlı smartfon

Azərbaycanda Kiçik çillə başa çatdı
21.02.2019, 00:46

Azərbaycanda Kiçik çillə başa çatdı

“Humanist addımlar Əli İnsanova da şamil oluna bilər” - Deputat
21.02.2019, 00:17

“Humanist addımlar Əli İnsanova da şamil oluna bilər” - Deputat

 Azərbaycanın Avropada tanıdılmasının peşəkarı - Hüquq müdafiəçisi yazır
21.02.2019, 00:03

 Azərbaycanın Avropada tanıdılmasının peşəkarı - Hüquq müdafiəçisi yazır

Azərbaycanda qaz hasilatı artır
20.02.2019, 23:51

Azərbaycanda qaz hasilatı artır

Zəlzələ Türkiyəni silkələdi
20.02.2019, 23:27

Zəlzələ Türkiyəni silkələdi

Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi
20.02.2019, 23:11

Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi

Bu komanda Avropa Liqasının 1/8 finalında - VİDEO
20.02.2019, 22:56

Bu komanda Avropa Liqasının 1/8 finalında - VİDEO

Türkiyə ilə Avropa Birliyi müzakirələri təxirə salındı - RƏSMİ
20.02.2019, 22:38

Türkiyə ilə Avropa Birliyi müzakirələri təxirə salındı - RƏSMİ

Canavarlar Şəkiyə hücum etdi
20.02.2019, 22:17

Canavarlar Şəkiyə hücum etdi

Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır, qanı qarışıqdır”
20.02.2019, 22:03

Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır, qanı qarışıqdır”

Erməni nazir tualetdən canlı yayım etdi - VİDEO
20.02.2019, 21:49

Erməni nazir tualetdən canlı yayım etdi - VİDEO

Agentlik sədri canlı yayımda Balakən sakinini işə dəvət etdi
20.02.2019, 21:36

Agentlik sədri canlı yayımda Balakən sakinini işə dəvət etdi

Azərbaycan hərbiçilərinin Koreya hərbi məktəblərində təhsili müzakirə olundu
20.02.2019, 21:20

Azərbaycan hərbiçilərinin Koreya hərbi məktəblərində təhsili müzakirə olundu

Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur
20.02.2019, 21:07

Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur

Ata qızı ilə birlikdə Paşinyana görə özünü yandırdı
20.02.2019, 20:51

Ata qızı ilə birlikdə Paşinyana görə özünü yandırdı

Türkiyədə hərbi kazarmada partlayış: 5 yaralı
20.02.2019, 20:41

Türkiyədə hərbi kazarmada partlayış: 5 yaralı

Marsa pilotlu ekspedisiya 2030-cu ildə reallaşa bilər
20.02.2019, 20:28

Marsa pilotlu ekspedisiya 2030-cu ildə reallaşa bilər

“ASAN xidmət” modeli daha  8 ölkədə
20.02.2019, 20:15

“ASAN xidmət” modeli daha  8 ölkədə

Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb
20.02.2019, 20:01

Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb

Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub
20.02.2019, 19:48

Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub

Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
20.02.2019, 19:35

Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib

Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək
20.02.2019, 19:19

Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək

Netanyahu Rusiya səfərini təxirə saldı
20.02.2019, 19:03

Netanyahu Rusiya səfərini təxirə saldı

Bütün Avropa Qarabağ deyəcək
20.02.2019, 18:46

Bütün Avropa Qarabağ deyəcək

Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək
20.02.2019, 18:42

Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək

ARXİV