Modern.az

Ağ Ev Şimali Koreyanı cəzalandırmaq istəyir

Ağ Ev Şimali Koreyanı cəzalandırmaq istəyir

Dünya

25 May 2018, 09:56

ABŞ Şimali Koreyaya qarşı sanksiyalara hazırlaşır.

 

Modern.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, ABŞ artıq gələn həftənin əvvəlindən sanksiyalara start verə bilər.

 

Nəşrin məlumatına görə cümə axşamı milli təhlükəsizlik şurasının iclasında yeni sanksiyalarla yanaşı həmçinin hərbi müdaxilə də müzakirə olunub. İclasda onlarla yeni sanksiyalar müzakirə mövzusu olub.

 

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreya Lideri Kim Çen Ina məktubunda iyunun 12-nə planlaşdırılmış Sinqapur sammitinin keçirilməsini uyğun görmür. O bunu Şimali Korteyanın düşmənçilik siyasəti ilə əlaqələndirib.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı raket və nüvə sınaqlarına görə sanksiyalar tətbiq edib.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü