Modern.az

“Kobud ehtiyasızlıq nə deməkdir?” – Rafael Cəbrayılovdan İRAD

“Kobud ehtiyasızlıq nə deməkdir?” – Rafael Cəbrayılovdan İRAD

Aktual

25 May 2018, 11:43

““Kobud ehtiyatsızlıq” nə deməkdir?”

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında millət vəkili Rafael Cəbrayılov deyib.

Deputat qeyd edib ki, qanunvercilikdə “qəsdən” və “ehtiyatsızlıq” məfhumları var: “Qəsdən” məfhumu da iki mənada işlənilir. Amma “kobud ehtiyatsızlıq” nə deməkdir? Bunu haradan tapıb gətirib bura daxil ediblər?

Əgər qanunvericilikdə bu məfhum olacaqsa, onda “ehtiyatsızlıq”la “kobud ehtiyatsızlıq” da bir-birindən fərqləndirilməlidir. Ümumiyyətlə, loru dilin qanunvericilikdə nə işi var? Məsələn, elə “ağlabatan” sözünü götürək...

“Ağlabatan” hara, qanunvericilik hara? Hesab edirəm ki, qanunlarımızın dili loru dildə olmamalıdır, sırf qanun dilində olmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü