Modern.az

Avropa Gənclər Klubları Konfederasiyası ilə əməkdaşlıq gücləndirilir  

Avropa Gənclər Klubları Konfederasiyası ilə əməkdaşlıq gücləndirilir   

25 May 2018, 17:05

Gənclər üçün Təhsil Mərkəzi ölkəmizi Avropa Gənclər Klubları Konfederasiyasında  2011-ci ildən müşahidəçi, 2013-cü ildən isə tamhüquqlu üzv statusu ilə təmsil edir. 20-dən artıq Avropa ölkəsinin təmsil olunduğu və Avropa məkanında ən fəal beynəlxalq təşkilatlardan biri olan Konfederasiyanın əsas məqsədi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində gənclərin rolunu dəstəkləyən fəal gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirməsinə və qeyri-formal təhsilin inkişaf etdirilməsinə kömək etməkdir. Gənclər üçün Təhsil Mərkəzi Azərbaycanı sözügedən beynəlxalq təşkilatda təmsil edən yeganə qurumdur.

Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata əsasən, Konfederasiya növbəti illik yığıncağının Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Hər il müxtəlif üzv ölkələrdə keçirilən toplantıda qurumun illik hesabatı dinlənilir, gələcək fəaliyyət strategiyası müzakirə edilir və əhəmiyyətli qərarlar verilir. Eyni zamanda, Konfederasiyaya üzv olan dövlətlərin nümayəndələri yerli gənclər təşkilatlarının fəaliyyəti ilə tanış olur, həmin ölkənin mədəniyyyət, təhsil və digər mərkəzlərinə baş çəkirlər. Belə bir qurumun ölkəmizdə öz toplantısını keçirməsi, Azərbaycan dövlətinin gənclərlə iş təcrübəsi ilə tanış olması çox gözəl fürsətdir.

Qeyd edək ki, Mərkəz Konfederasiya vasitəsilə müxtəlif beynəlxalq gənclər tədbirlərinə qatılır, Azərbaycanın gənclərlə iş təcrübəsinin təbliğinə çalışır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır