Modern.az

Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bəzi binalar bayraqlarla bəzədilib

Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bəzi binalar bayraqlarla bəzədilib

Aktual

25 May 2018, 21:42

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə paytaxt Bakıda və Azərbaycanın bəzi rayonlarında bir sıra binalar bayraqlarla bəzədilib.

 

APA-nın məlumatına görə, paytaxtın bir sıra yaşayış və qeyri-yaşayış binalarında ("Qafqaz” otellər şəbəkəsi, "AFB Bank" şəbəkələri, "Pullman" Hotel, “Libraff” kitab satışı mağazaları, "Qafqaz Buziness Center", "Capital Tower", “Crescent Development”, “Dərs evi”, bəzi restoranlar, mağazalar, iş mərkəzləri və s.) Cümhuriyyətimizin 100 illiyi şərəfinə üçrəngli Azərbaycan bayraqları asılıb.

 

Bununla Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyətinin şərəfli tarixi ilə bağlı qürur hissi ifadə edilir, dövlət və dövlətçilik rəmzlərinə hörmət və ehtiram bildirilir.

 

Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən, 2018-ci il Azərbaycanda "Cümhuriyyət ili" elan olunub.

 

Bu münasibətlə ölkə daxilində, o cümlədən bir sıra xarici ölkələrdə silsilə tədbirlər keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü