Modern.az

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ

Dünya

26 May 2018, 15:41

Şimali Koreya və Cənubi Koreya liderləri ikinci dəfə bir araya gəliblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın zirvə görüşünə razılıq verməsindən sonra Şimali Koreya prezidenti  Kim Çen In və Cənubi Koreyanın prezidenti  Mun Jae növbəti dəfə görüşüblər. Liderlərin iki ölkə arasındakı sərhədin şimal tərəfində bir araya gəldiyi bildirilir.

 

Görüş zamanı prezidentlər  Donald Tramp ilə zirvə görüşü barəsində fikir mübadiləsi aparıblar. Görüşün təxminən 2 saat davam etdiyi açıqlanıb. Görüşün təfərrüatlarıyla bağlı açıqlama sabah səhər saatlarında veriləcək.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi