Modern.az

Orucluğa görə gözlərinə sürmə çəkən kişilər – FOTOLAR

Orucluğa görə gözlərinə sürmə çəkən kişilər – FOTOLAR

Aktual

29 May 2018, 11:43

Yəməndə “gözlərə sürmə çəkmə” mərasimi Ramazan ayının gəlməsi ilə başlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məscidləri dolduran əhali, namazın ardından gözlərinə sürmə çəkmək üçün sıraya girirlər. Yəmən kişiləri arasında orucluq ayına xas olan bir adət olan sürmə, Həzrəti Məhəməmmədin sünnətləri arasında qəbul edilir.

 

Məscidlərin həyətində namazdan sonra yerlərini alan və könüllü olaraq istəyənlərin gözünə sürmə çəkən “sürməçilər”, Məhəmməd peyğəmbərin sünnəti olaraq bu adəti davam etdirməyə çalışırlar. Sürmə çəkənlər gözlərə sürmə çəkmənin görmə qabiliyyətini qüvvətləndirdiyini və bakteriyaları öldürdüyünü deyirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü