Modern.az

Türkiyədə seçki bülletenləri təqdim olundu  - FOTO

Türkiyədə seçki bülletenləri təqdim olundu  - FOTO

31 May 2018, 16:46

24 iyunda Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində istifadə ediləcək seçki bülletenləri ictimaiyyətə təqdim olunub.

 

Modern.az Türkiyə  KİV-nə istinadən xəbər verir ki, bülletenlərin hazırlanması başa çatıb. Prezidentliyə namizədlərin siyahısında ilk sırada Cumhuriyyət Xalq Partiyasının namizədi Muharrem İncə , ikinci sırada “ İYİ” Partiyasının nümayəndəsi Meral Akşener, üşüncü sırada Ədalət və İnkişaf Partiyasının namizədi Rəcəb Tayyib Ərdoğan, dördüncü sırada Xalq Demokrat Partiyasının namizədi Selahattin Demirtaş, beşinci sırada Səadət Partiyasının namizədi Temel Karamollaoğlu, son sırada isə  Vətən partiyasının namizədi Doğu Perinçek qərarlaşıb. Bülletendə namizədin şəkli,adı və “ Bəli” boşluğunun qoyulduğu sahə mövcuddur.

 

Siyasi partiyaların səsvermə bülletenində  isə  AKP və MHP-nin yaratdığı “ Cumhur İttifaqı” birinci,  İYİ Partiyasıı, Səadət və CHP-nin yaratdığı  “Millət İttifaqı” sonuncu yerdədir. Hürr Dava Partiyası  ikinci, Vətən partiyası üçüncü, HDP isə dördüncü yerdədir.

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü