Modern.az

Paşinyan deputatlarla SÖZ DUELİNƏ çıxdı: “Heç Zimbabvedə...”

Paşinyan deputatlarla SÖZ DUELİNƏ çıxdı: “Heç Zimbabvedə...”

Dünya

7 İyun 2018, 14:36

Nikol Paşinyan parlamentdə təqdim etdiyi inkişaf planı ciddi narazılıqla qarşılanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Respublika Partiyasının üzvü Qevorq Kostanyan hökumətin planında heç bir rəqəmin olmadığına diqqət çəkib.

 

“Siz Zimbabvenin hökumət planını açsanız, orada rəqəmlər göstərəcksiniz”. Vitse-spiker Eduard Şarmazanov isə proqramı sağlıq və xoş arzular üçün qovluq adlandırıb. Respublkika Partiyası 2017-ci ildə 7,5%-lik iqtisadi inkişaf irsi qoydu. Yeni hökumət isə heç bir rəqəm görmür”.

 

Cavabında Paşinyan hökumətin rəqəmlərinin heç zaman reallığı kəs etdirmədiyini deyib.

“Biz rəqəmləri dəyişmək deyil, ölkənin özülünü yeniləməyə çalışırıq. Şarmazanov Paşinyana heç nə verməyib. Paşinyana verilən xalq tərəfindən verilib. Xahiş edirəm, hadisənin metodologiyasını itirməyəsiniz. Konkret tarix göstərilib: 1 il ərzində növbədənkənar seçkilər keçirilməlidir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü