Modern.az

Məşhur fransız yazıçının oğlunu öldürən azərbaycanlıların məhkəməsi başladı

Məşhur fransız yazıçının oğlunu öldürən azərbaycanlıların məhkəməsi başladı

Dünya

7 İyun 2018, 16:45

Rusiyanın Moskva vilayətində Fransa vətəndaşının ölümünə görə məhkəmə prosesi başlayıb. Bu cinayətdə 2 Azərbaycan vətəndaşı - 22 yaşlı Vəfadar Babayev və 26 yaşlı Nurlan Rəsulov təqsirləndirilir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2016-cı il dekabrın 15-də onlar qrup halında özgə əmlakına sahib olmaq məqsədilə alkoqollu içkiyə psixotrop təsir göstərən klozapin dərmanı ataraq, gecə barlarından birinə gəliblər.

 

Burada 2 Britaniya və 1 Fransa vətəndaşından ibarət qrupla tanış olan azərbaycanlı cinayətkarlar turistləri həmin alkoqollu içkiyə qonaq ediblər. Qurbanlarının huşunu itirməsini gözləyən gənclər onları Mıtişi rayonunun Çelobityevo kəndinə gətirərək, hədə-qorxu yolu ilə həmin şəxslərin 1,3 milyon rubl əmlakına sahib olublar.

 

Məqsədlərini həyata keçirdikdən sonra Azərbaycan vətəndaşları əcnəbilərin hər 3-nü qarlı havada küçəyə atıblar. Huşsuz halda olan 22 yaşlı Fransa vətəndaşı Nikolas Lazareff soyuqdan donaraq ölüb, digər 2 şəxs – Aleksis Lazareff (ölənin qardaşı) və Tatyana Fris isə sağ qala bilib.

 

Azərbaycan vətəndaşlarına 3 maddə üzrə cinayət işi açılıb.

Xatırladaq ki, ölən Nikolas Lazarefin anası Fiona Lazaref Fransada tanınmış yazıçısıdır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü