Modern.az

Tramp Meylə görüşməkdən imtina etdi - QALMAQAL

Tramp Meylə görüşməkdən imtina etdi - QALMAQAL

Dünya

8 İyun 2018, 14:29

ABŞ prezidenti Donald Tramp Britaniya baş naziri Tereza Mey ilə görüşü ləğv edib.

 

Modern.az nüfuzlu “Telegraph” agentliyinə istinadən xəbər verir ki, G7 sammiti çərçivəsində keçiriləcək görüşün ləğvinə səbəb Meyin müəllim tonu ilə danışması olub.

 

“O, sanki özünü məktəb müəllimi kimi aparır, kiminsə onunla yaxşı münasibətdə olduğunu düşünmürəm” – iki ölkə liderinin görüşündə iştirak edən mənbələrdən biri qeyd edib.

 

Meyin davranışının Trampı əsəbləşdirdiyi qeyd edilir. Meyin telefon danışığı zamanı ümumi məsələlər barədə müzakirə yerinə danışığın əvvəlində onun siyasi detallara diqqət çəkdiyi bildirilir.

 

Digər bir mənbə isə Trampın Meyin xahişlərindən onun ABŞ-la münasibətlərdə xeyir güddüyünü ehtimal etdiyinə görə görüşdən imtina etdiyini qeyd edir.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü