Modern.az

Putinlə Paşinyan yenidən bir araya gəlir

Putinlə Paşinyan yenidən bir araya gəlir

Dünya

10 İyun 2018, 20:43

Gələn həftə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, səfər Rusiyada başlayacaq futbol üzrə  dünya çempionatı çərçivəsində təşkil edilib.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü